Ana Səhifə» 2009»Dekabr»20 » Dünyada ən böyük Barselona: 2-1
03:04
Dünyada ən böyük Barselona: 2-1
6.FİFA Klublararası Dünya Kubokunu sahıbi “Barselona” oldu.
Abu Dabidəki finalda Argentina təmsilcisi Estudiantes qarşısında 1-0 geriyə düşən Barselona, 88-ci dəq. Pedro ilə bərabərliyi əldə etdi və oyunu əlavə vaxta apardı. Əlavə vaxtda isə kuboku gətirən qolu isə, Argentinalı Ulduz oyunçu Lionel Messi vurdu. Oyunda 37-ci dəqiqədən Bosellinin başla vurduğu qolla 1-0 önə keçən Estudiantes uzun muddət maçıda öndə gedirdi. 88-ci dəqiqədə isə səhnəyə gənc oyunçu Perdo çıxdı. Pedro başa vurduğu qolla oyuna bərabərlik gətirdi və oyunu uzatma dəqiqələrinə apardı. Oyun boyu durğun görünən Lionel Messi ulduz olduğunu vurdugu sinə qolu ilə subut etdi. Bu bir şedevr idi.
Barselona bu kubokla rekord yazdı. Bu sezon La Liga, Çempionlar Liqası, Kral Kuboku, Avropa Süper Kuboku və İspaniya Süper Kubokunu qazanan Barselona, FİFA Klublararası Dünya Kubokunun sahibi olaraq dünya futbol tarixində bir sezonda bütün kubokları müzeyinə aparan tək komanda olaraq tarixə düşdü. "TARİXİN ƏN YAXŞI KOMANDASI" İspaniya mətbuatı və kiv-də Barselonanın bu qələbəsinə "Tarixin ən yaxşı komandası", "Barça'nın sehirli ili", "Dünya Barselonanın ayaqları altında", "Barça, Dünya Çempionu" başlığları çıxardı. DÜNYA ÜÇÜNCÜSÜ POHANG Turnirin 3.lük-4.lük maçında ise Cənubi Koreya komandası Pohang Steelers penalti seriası ilə Meksika təmsilçisi Atlantanı 4-3 məğlub edərək çempionatı 3-cü sırada bitirdi.