"Neftçi" 1:1 "Qarabağ"
08 avqust 2010. Saat 21:00. T.Bəhramov adına Respublika stadionu. 2000 tamaşaçı
*MOİK 3:2 "Muğan"
08 avqust 2010. Saat 18:00. T.İsmayılov adına Suraxanı qəsəbə stadionu. 300 tamaşaçı
*"Turan" 0:3 "İnter"
08 avqust 2010. Saat 18:00. Tovuz şəhər stadionu. 2000 tamaşaçı
*"Xəzər Lənkəran" 1:0 "Qəbələ"
07 avqust 2010. Saat 20:00. Lənkəran şəhər mərkəzi stadionu. 9000 tamaşaçı
*"Bakı" 2:3 AZAL
07 avqust. Saat 20:00. T.Bəhramov adına Respublika stadionu. 450 tamaşaçı
*"Gəncə" 1:1 "Simurq"
07 avqust 2010. Saat 18:00. Gəncə şəhər stadionu. 5000 tamaşaçı
*PFL-in rəsmi saytında təqdim olunan rəsmi protokollardan götürülən çıxarışlardan aydın olur ki,Premyer liqanın ilk turunda keçirilən 6-oyuna stadionlara üst-üstə 18.750-insan üz tutub.Onlardan 9000-Lənkəranda keçirilən “Xəzər Lənkəran” – “Qəbələ” oyununun payına düşür.Əlbəttə ki, “Fırtınalar Meydanı”nında 9000-azarkeşin ilk oyunu izləməsi üzücü oldu.Beləki adətən bu stadionda 12000-dən çox azarkeş olur.Buna baxmayaraq Premyer liqanın ilk turunda keçirilən bütün oyunlara toplanan azarkeşlərin ümumi sayının 48%-nin Lənkərandakı matçı izlədiyini də nəzərə alsaq yenə də “Xəzər Lənkəran” azarkeşlərinin fəallıq göstərməkdə birinci olduğunu görərik.İlk turun son oyununda bazar günü özü də axşam saatlarında keçirilən “Neftçi” – “Qarabağ” oyununda cəmi 2000-tamaşaçı toplanması maraqlıdır.Sual meydana gəlir ki,bəs bir neçə gün əvvəl “Qarabağ”ı avroliqada dəstəkləyənlər elə “Qarabağ”ın azarkeşləri deyildilərmi ?
Bu sual hər dəfə avroliqada hansısa klubumuz çıxış edirsə,həmin oyundan sonra yaranır.(“Xəzər Lənkəran” məlum səbəblərdən bu məsələdə istisnadır).Cavab isə əslində aydın olsa da hər dəfə ölkə mətbuatı və futbol ictimaiəti qısqanclıqdanmı ya nədənsə buna ədalətli reaksiya vermirlər.
Cavab,daha doğrusu həqiqət isə belədir; “Qarabağ” klubunun avroliqadakı uğurlu çıxışını danmaq olmaz,lakin Ağdam təmsilçisinin də,hətta “Neftçi” və “Bakı” da daxil olmaqla digər klubların avroliqa oyunlarında T.Bəhrəmov stadionuna yığdığı azarkeş kütləsi o klubların deyil milli komandanındır.Bəli məhz milli komanda o qədər azarkeşi oyunlarında yığa bilir Respublika stadionuna.Təbiidir ki,hər hansı klubumuz avroliqada çıxış edirsə,uğurundan asılı olaraq tribunaları yarı dolu və ya tam dolu görə bilir.
Əgər bizim fikirlərimiz düz deyilsə o zaman PFL-in rəsmi saytında təqdim olunan protokolların tamaşaçı sayında yanlışlıq var.Yəni avqustun 7-də Lənkərandakı oyunda 300 və ya 500-azarkeş olub,ertəsi gün isə “Neftçi” – “Qarabağ” oyununda 2000-deyil, on dəfə çox - 20000- azarkeş T.Bəhrəmov stadionunun tribunalarını coşdurublar və s. yalanlar…
*QEYD:Biz azarkeşlərik və siyasi gedişlərin bizə aidiyyatı yoxdur.Bizim üçün maraqlıdır ki,hansı klubun azarkeşi bizimlə rəqabət apara bilər.Araşdırmalar göstərir ki,hələ ki belə bir qüvvə yoxdur.O zaman niyə bəs…nə isə…
Xahiş olunur digər klubların fanatları şərh yazarkən etik normalara riayət etsinlər.