Ana Səhifə» 2010»Sentyabr»3 » Fala inanma falsız da qalma...
19:03
Fala inanma falsız da qalma...
Bilindiyi
kimi hər futbol mövsümü çempionat oyunlarının cədvəlini qurmaq məqsədi ilə öncədən
püşk atılır.Təbiidir ki,püşk atma mərasimi qabaqcadan təyin olunmamış və razılaşdırılmamış
bir əməliyyat olmalıdır.Amma nədənsə Azərbaycanın futbol üzrə premyer liqasından
öncə həyata keçirilən püşk atma
mərasiminin nəticələrindəki bəzi məqamlar şübhə doğurur.Axı necə olur ki, "Xəzər
Lənkəran”ın "Neftçi” ilə ilk
dövrədəki qarşılaşmaları həmişə Lənkəranda keçirilir.Yəni hər dəfə bu andıra
qalmış "püşk” tilsimlənir ?
"Xəzər
Lənkəran” yaranandan bəri 6-il ərzində
ilk oyun Lənkəranda baş tutursa düşünməyə dəyməzmi ?
"Xəzər
Lənkəran” avqustun 7-də "Qəbələ”ni qəbul edir,növbəti turda "Neftçi” "Qəbələ”nin qonağı olur.Eyni gündə(15-avqust)
keçirilən oyunda "Xəzər Lənkəran” səfərdə "Simurq”la qarşılaşır, "Neftçi” növbəti turda "Simurq”u qəbul edir.Yenə eyni gündə "Xəzər Lənkəran” "İnteri” "Fırtınalar Meydanı”nda(21-avqust) qəbul edir,
"Neftçi” isə növbəti turda "İnter”in
qonağı olur.
Təqvimə
diqqət yetirsək buna oxşar hallara yenə rast
gələ bilərik.Sentyabrın 11-də "Neftçi”
Bakıda "Muğan”la qarşılaşacaqsa,18-sentyabr
tarixində Salyan təmsilçisi "Xəzər
Lənkəran”ı qəbul edəcək.Oktyabrın 17-də "Gəncə”
- "Xəzər Lənkəran”,oktyabrın 23-də,yəni
növbəti turda "Neftçi” – "Gəncə”
oyunları keçiriləcək.
Əslində
ölkənin futbol ictimaiəti də çox yaxşı bilir ki, "Xəzər Lənkəran”ı "Neftçi”yə heç nə bağlamır.Bu iki klub
arasında rəqbilik münasibətləri vardır.Bəs onda PFL-in təqvimində "Xəzər Lənkəran” və "Neftçi”nin yaxınlığını nə ilə əlaqələndirmək
olar..?
Bu
işlər necə düzülüb qoşulur ki,hər şey "Neftçi”nin
xeyrinə hesablanır...