“Xəzər Lənkəran” mayın 14-də “Fırtınalar Meydanı”nda həmişəki vaxtdan tez məşqə başladı.Bu dəfə məşqi daha çox azarkeş izləyirdi.Futbolçuların yüksək əhval ruhiyyəsi azarkeşlərdə də eyni təsiri yaradırdı.Komandanın məşqi bitəndən sonra, futbolçular meydanı tərk edərkən çempionlar liqasının himni yarımçıq olsa da səsləndirildi.Stadionun diktoru və digər texniki heyyət də beləcə məşq edirdilər.Bu mənada onu da öyrənə bildik ki,oyun başlamazdan əvvəl stadionun diktoru tərəfindən maraqlı şou həyata keçiriləcək.Beləki, diktor meydançaya daxil olaraq azarkeşlərlə birgə əvvəlcə Meksika dalğasını, daha sonra çempionluq ab havasını yaradacaq.Diktor “Fırtınalar Meydanı”na toplaşan azarkeşlərə bir neçə dəfə eyni sualı verəcək:-"Bu gün çempion kim olacaq ?"
“Xəzər Lənkəran”dan sonra “Bakı” komandası məşqə başladı.Qonaq komandanın məşqi qapalı keçdi.
Yardımçı meydançada isə “Xəzər Lənkəran”ın əvəzedici heyyəti “Karvan”ı qəbul edirdi.Oyunu izləyən və komandanı dəstəkləyən təxminən 400-azarkeşi görüncə "Bakı" klubunun əməkdaşları və komandanın futbolçuları çaşqınlıqla bu mənzərəni seyr edirdilər.Hətta klubun bir əməkdaşı məsələyə aydınlıq gətirmək üçün yerli azarkeşlərə yaxınlaşaraq burada nə olub deyə soruşdu.