Ana Səhifə» 2010»Oktyabr»15 » “Fırtınalar Meydanı”nda vəziyyət necədir ?
20:38
“Fırtınalar Meydanı”nda vəziyyət necədir ?
Bir
müddət əvvəl stadionumuzdan fotoreportaj hazırlamışdıq.Meydançann ot örtüyünün
bərbad vəziyyətdə olduğu təqdim etdiyimiz fotoşəkillərdən də aydın şəkildə
görünürdü.Səbəbləri ilə də maraqlanmışdıq və məlum olmuşdu ki,sentyabr ayında
Lənkərançayın daşaraq stadionu da sel sularının altında saxlamasından sonra "Fırtınalar
Meydanı”nın ot örtüyü tamamilə korlanmışdı.Stadionun ərazisini selin gətirdiyi
lil və palçıqdan təmizləmək mümkün olmuşdu.Amma bir neçə gün sonra yenidən yağan növbəti güclü yağış meydançanı
yararsız hala salmış və bərpası mümkünsüz olmuşdur.
Bu
mövzunun azarkeşlər tərəfindənböyük
marağa səbəb olduğunu nəzərə alıb saytımızda "Fırtınalar Meydanı” haqda növbəti
materiyalı təqdim etmək məqsədi ilə oktyabrın 16-da stadiona yollancağıq.Həm
meydançanın ot örtüyünün vəziyyəti ilə maraqlanmağı həm də görülən işlər barədə
ətraflı məlumat əldə etməyi planlaşdırırıq.Bizi izləyin...