Dünən "Xəzər Lənkəran" futbol klubuna azərkeşlik edən "12-ci oyunçu" azərkeş klubunun 2 yaşı tamam oldu. Bu münasibətlə ölkəmizin ilk müstəqil fan klubu olan "Fırtına" fan klubu adından, bizimlə çiyin-çiyinə Xəzərimizə dəstək olan "12-ci oyunçu" azərkeş klubunu 2 yaşı münasibəti ilə təbrik edirik!!! Onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. Qeyd etmək istəyirik ki, zaman-zaman "Xəzər Lənkəran" azərkeşləri arasında nifaq salmağa çalışan rəqib komandaların azərkeşlərinin bu istəyi nəinki baş tutmamış və hətta bu birlik, mehribançılıq daha da möhkəmlənmiş, səmimiləşmişdir. İnanırıq ki, bundan sonra da Xəzərin bütün fan klubları komandamızı dəstəkləməkdə davam edəcək və bu dəstəyi sonsuzluğa doğru daşıyacaqdır!
"Fırtına" Fan Klubu İdarə Heyəti