www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » Sentyabr » 20 » "Futbol+" qəzetinin manşetindəki fikir və həqiqət tərs mütənasibdir...
18:05
"Futbol+" qəzetinin manşetindəki fikir və həqiqət tərs mütənasibdir...


Meydançaya daxil olan azarkeşi polislərin əlindən AFFA nümayəndəsi almayıb...


Srntyabrın 18-də keçirilən "Muğan” – "Xəzər Lənkəran” oyunu bitəndən sonra meydançaya daxil olaraq matçın baş hakiminin üzərinə qaçan azarkeşin haqqında "Futbol+” qəzetinin manşetindəki sözlər bizim marağımıza səbəb oldu.Axı oyun bitəndən sonra Lənkəranlı azarkeşlərə yaxınlaşıb hədə qorxu gələn AFFA nümnayəndəsini "Futbol +” qəzeti humanist insan kimi qələmə vermişdi.Üstəlik saytımız üçün fotoşəkil çəkmək fikrində olduğumuzdan düz hadisə yerinin mərkəzində mövqe tutmuşduq və AFFA nümayəndəsinin azarkeşi polisin əlindən almadığını biz daha yaxşı bilirik.Bununla belə hadisəni olduğu kimi səbəkar azarkeşin dilindən eşitmək istəyirdik.Axtarışlarımız çox çəkmədi,Salyandakı oyunun qiyamçı azarkeşini tez tapdıq.Əlindəki qəzetin manşetini göstərərək danışmağa başladı.

-Mən aqressiv insan deyiləm.Meydançaya da daxil olub oyunun baş hakiminə ədalətsizlik etdiyi üçün vicdanı qarşısında cavab verməli olduğunu deyirdim.Ona görə tələsik hərəkət edirdim ki,bilirdim arxadan polislər gəlir.Anar Salmanova yaxınlaşmaq istərkən yan xətt hakimi qarşımı kəsdi.Həmin məsafədən sözümü dedim.Anar əvvəlcə bir addım arxaya çəkildi.Sonra mənim arxamdakı polisləri görüb mənə tərəf gəldi,həmin anda da polislər məni yaxaladılar.Polislər məni tribunaya tərəf, rütbəli bir polis zabitinin yanına gətirdilər.Həmin polis zabiti məni danladı və dedi ki,belə olmaz,azarkeşsən tribunadan seyr et daha meydana niyə girirsən.Sonra öz tabeçiliyində olanlara dedi ki,hakimə hücum etsə də ona toxunmayıb və zərər verməyib onu buraxın və stadiondan çıxarın .Daha sonra məni o biri azarkeşlərə tərəf gətirib stadionun ərazisini tərk etməyimi tələb etdilər.Bu zaman isə AFFA nümayəndəsi baş hakimə etiraz edən o biri azarkeşlərə hədə qorxu gəlirdi. AFFA nümayəndəsi məni polislərin əlindən almaq haqda yox azarkeşlərin əlindən canını qurtarmaq barədə düşünürdü.Düzdür azarkeşlər ona bir söz demirdilər,amma onun yanında AFFA və PFL rəsmilərinin ünvanına onların layiq olduqları sözləri deyirdilər.Bax hadisə belə olub. Çox hörmət etdiyim "Futbol + " qəzetinin belə yazması yaxşı deyil.

Sonda Salyan polisinin əməkdaşlarına mədəni davranışlarına görə minnətdarlığımı bildirirəm,necə deyərlər sağ əlləri bizim polislərin başına...

Sohbətimiz bitəndən sonra azarkeşdən saytımız üçün onun şəklini çəkməyimizə icazə istədik.Televiziya vasitəsi ilə həmin oyunu izləyənlər də yəqin ki,azarkeşi tanıyarlar.

Bölmə: Azarkeş Xəbərləri |Baxış sayı: 1326 | Yazar: ISLAM |
Всего комментариев: 3
20.09.2010
Bu azarkesh qardashimla fexr edirem!!!
Heyif men yox idim orda
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

20.09.2010
2. ELNUR TALIS [Материал]
futbol+ qazeti, Premerliqa verlisi yalanlarla doludur haqsizlari burda haqli cixardirlar. bu qazetlerde meqaleleri serh edenleri ve yada bezi premerliqa kimi dirnaqarasi verlislerin aparicilarinda da gunah yoxdu onlari bele oyredirler nece Altay Eliyevi oyredirdiler Neftci, Baki ve yaxud bezi dirnaqarasi komandalar qol vuranda qisqir bagir Xezer qol vuranda sesin batsin tapsiriqlari Altayi bezdirib isinden etdi. indi novbe bu sudemerlerindir. kisi olun onun bunun dediyini ozunuze borc bilmiyin biraz qururlu olun, qaldi Mugamin oyununda azerkesin stadiona cixmaqi, inaniram ki o an o azerkesde tapanca olsaydi Anar Salmanovun alnindan vurardi.ne ise Azerbaycanda ne Futbol hakimi var Nede Futbol Sertcileri. (Bezilerini cixmaq serti ile). XEZER SEN BIZIM QURURUMUZSAN!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

20.09.2010
1. Shamil [Материал]
Futbol+ qəzeti həmişəki obyektivliyini bu dəfə qoruyub saxlaya bilmədi, çox təəssüf. Ümumiyyətcə, "Muğan"-"Xəzər Lənkəran" oyunu barədə bu qəzetdə gedən yazıda haqq ədalət yoxdu. Hər kəs Anar Salmanovun vicdansız qərar və hərəkətlərini gördüyü halda qəzetdə bu yazının müəllifi olan Amal adlı birisi onu tam haqlı çıxarıb. Adın Amaldır, ancaq hansı amala qulluq elədiyin indi məlum oldu. Futbol+, heç olmasa sən bu amalla fəaliyyət göstərmə. Əvvəlki imicini qaytar. Bir obyektiv qəzet kimi biz səni itirmək istəmirik. Lakin belə getsə, nə bilim...
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz