Ana Səhifə» 2009»Oktyabr»21 » Futbol+ qəzeti və 12-illik yol.
20:56
Futbol+ qəzeti və 12-illik yol.
Ölkənin futbol və ya idman mətbuatı deyəndə ilk növbədə əlbəttə ki, “Futbol +” qəzeti nəzərdə tutulur.Hər hansı bir məsələyə bu qəzetin münasibəti və verdiyi qiymət, ölkənin futbol ictimaiəti tərəfindən qəbul olunur.Azərbaycan futbolsevərlərinin əsas hissəsi cənublu azarkeşlərdir və bu böyük qüvvə, ölkə futboluna “Futbol +” qəzetinin gözü ilə baxır.Bölgəmizdən bu qəzetdə müxtəlif dövrlərdə çalışan iki jurnalistin timsalında bizlər, ədalətli və cəsarətli eyni zamanda məğrur və həqiqətpərəst şəxsiyyətləri görmüşük. “Xəzər Lənkəran” təzə yarananda cənublu azarkeşlər haqda həqiqətləri bütün ölkəyə “Futbol +” qəzeti vasitəsi ilə yayan Anar Məmmədli öz ədaləti ilə seçilirdisə,sonradan o estafeti cəsarəti ilə ölkə jurnalistikasına örnək ola bilən Hüseyn Cəbrayıl oğluna verdi. “Xəzər Lənkəran” azarkeşləri adından “12-ci oyunçu” azarkeş klubu olaraq Futbol + qəzetinin redaksiya heyyətini,qəzetin yaranmasının 12-illiyi münasibəti ilə təbrik edirik.Bundan sonrakı fəaliyyətlərində də uğurlar arzulayırıq. “12-ci oyunçu” azarkeş klubunun təşkilat komitəsi.