Ana Səhifə» 2010»May»29 » Futboldan kənar mövzuda...
16:12
Futboldan kənar mövzuda...
Futboldan kənar.
Lənkəranın orta məktəblərinin birində, birinci sinifi bitirən şagirdin valideyni uşağının müəlliminə müraciətlə:
-Axı mənim uşağım şer həvəskarıdır,o biri uşaqlara şer öyrənməyi tapşırdığınız halda,bizimkini unutmusunuz,səbəbini bilmək olar ?
Müəllimə, dünyanın heç bir yerində rast gəlinməyən yalnız Azərbaycan reallığına xas olan tərzdə:
-Bilirsiniz hansı uşağın valideyni əlavə pul verirsə onunla daha yaxından məşğul olur və müxtəlif tədbirlərdə,elə son zəngdə də şer öyrədirik.Çıxıb böyük siniflərin qarşısında şer deməsi üçün,gərək uşağınızla xüsusi məşğul olaq...
Bunu eşitdikdən sonra dəhşətə gələn valideyin :
-Mən razı, amma bir şərtlə,gərək mənim yazdığım şeri öyrədəsiniz...
**********************
Bax belə,biz isə ölkə futbolunda düzlük axtarır,axtardığımızla rastlaşmadıqda etiraz edir,vicdan
davası edirik...