"Xəzər
Lənkəran” klubunda bir müddət əvvəl uşaq
futbolu məktəbinə rəhbərlik edən Yuri Panfilov hazırda Antaliya bölgəsinin Belek şəhərində yerləşən ”CorneliaDiamond” otelindədir. Xatırladaq ki,
bu otel "Xəzər Lənkəran”ın məskunlaşdığı
"Qloriya” oteli ilə çox da uzaq olmayan
məsafədə yerləşir.
"Xəzər
Lənkəran” azarkeşləri arasında fəallığı ilə seçilən və hər zaman müxtəlif mini
futbol turnirləri təşkil edən Vaqif Rəşidov
saytımıza maraqlı məlumat göndərib. Fevral ayının 7-də final oyunu baş tutacaq
Mübariz İbrahimovun xatirəsinə həsr olunan turnirin təşkilatçısı olan Vaqif bəyin
Yuri Panfilovla da dostluq əlaqələri vardır. Bu gün internet vasitəsi ilə Vaqif
bəylə əlaqə saxlayan Yuri Panfilov Antaliyada olduğunu və ” CorneliaDiamond” otelində yerləşdiyini bildirib. Bu
yaxınlarda "Qəbələ” klubunun keçirdiyi sınaq oyunlarından birini izlədiyini deyən
Panfilov keçmiş klubunun azarkeşlərinə Rednikin baş məşqçiliyi altında uğurlar da arzulamağı unutmayıb.