Fevralın 20-də “Xəzər Lənkəran”ın bazasında “12-ci oyunçu” azarkeş klubu təşkilat komitəsinin bir neçə üzvü “Xəzər Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadovla görüşdü.
Görüşdə “Xəzər Lənkəran”ın əsas heyyətində gənc və əsasən də yerli futbolçuların yer ala bilməməsinin səbəbləri müzakirə olundu.Komandanın baş məşqçisi bir çox məsələlərə aydınlıq gətirdi.Lənkəranda yaşayan və fan klublara daxil olmayan azarkeşləri narahat edən, əvəzedici heyyətdəki gəncləşmə siyasətinin məqsədləri müzakirə olunduqdan sonra,söhbətin axarı əsas komandanın “6-lıq”da baş tutacaq oyunlarına keçid aldı. Ağasəlim bəy, ”Karvan”la fevralın 21-də keçiriləcək oyunun da motivasiya baxımından komanda üçün əhəmiyyətli olduğunu xüsusi vurğuladı.Sonda tətəflər belə görüşlərin mütəmadi keçirilməsi haqda razılıq əldə etdilər.