Ana Səhifə» 2010»May»29 » Gözdən uzaq olan üzdən iraqlar.
16:47
Gözdən uzaq olan üzdən iraqlar.
Tarixdə bərpa olunan milli qürurumuz görəsən, Futbolda da bərpa oluna biləcəkmi?
*
Dünən Azərbaycan xalqı müstəqilliyinin 92-ci ildönümünü qeyd edir. Bu illər ərzində xalqımız olmazın məşəqqətlərə məruz qalmış böyük çətinliklərlə üzləşmişdir. 1918-ci il 28 may tarixində Şərqdə ilk müsəlman Respublikası olaraq müstəqilliyini elan edən Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq, bir dövlət kimi formalaşa bildi. Öz bayrağını, Gerbini, Himnini, Ordusunu, Valyutasını və sair rəmzlərini bir dövlət kimi dünya dövlətləri cərgəsinə təsdiq etdirməyi bacaran ADR, Sovet ordusunun işğalı ilə süqut etdi. Tək sovet ordusunun deyil, daxili satqınların da bu işğalda payı kifayət qədər idi. Daxili satqınların dəstəyi ilə sovet ordusu yeni yaranmış Müstəqil Dövlətimizin Bayrağını endirərək, digər rəmzlərimizi də əlimizdən aldılar. Bəli, Azəbaycan Demokratik Respublikası müvəqqəti də olsa süqut etdi.
Lakin illər sonra tarixi ədalət bərpa olundu. Xalqımız və siyasətçilərimizin güclü səyləri nəticəsində Azərbaycan Demokratik Respublikası öz müstəqilliyini bərpa etdi və bu gün də dünya birliyində bir müstəqil dövlət olaraq siyasətini davam etdirir.
Sovet dönəmindən sonra bütün sahələrdə o cümlədən idman sahəsində öz bayrağımız altında bir çox uğurlara imza atmaqla, bayrağımızı yüksəklərə qaldıran idmançılarımız dövlətimizi daha da tanıtdırmışlar.
Hər il 28 may Respublika gününü qeyd edən xalqımız, Futbol üzrə Azərbaycan Kubokunun finalını keçirməklə, daha bir bayram qatırdı. Nədənsə son iki ildə kubokun finalı bu bayram gününə salınmır.Bu il üçün bəlkə də belə daha yaxşı oldu. Yoxsa, kubokun finalında "Bakı”-"Xəzər Lənkəran” matçında, "Fair Play” qaydalarının pozulması ilə bu bayram gününə hörmətsizlik olacaqdı. Bu qayda pozuntusu stadionda olan "Fair Play” və milli Bayrağımıza hörmətsizlik idi. Necə ki, sovet işğalçıları etmişdi. Yadelli sovet işğalçısı rolunda olan "Bakı”nın yadelli (legioner) futbolçusu, "Fair Play” qaydalarına zidd olaraq, millimizin qapısını da qoruyan K.Ağayevin qoruduğu qapıya qol vurmaqla, həmin sovet əsgərlərinin rolunu oynamış oldu.
Sovet işğalı zamanı onlara yardımçı olan üzdəniraq yerlilərin rolunda isə bu qola haqq qazandıran bəzi şəxslər və bəzi üzdəniraq jurnalistlər oldu. Azərbaycan öz müstəqilliyini bərpa etməklə tarixi ədaləti bərpa etmiş oldu. Görəsən futbolumuzda da bu ədalət bərpa olunacaqmı?