Ana Səhifə» 2011»Yanvar»7 » Gülərüz eyni zamanda qətiyyətli Rednik...
20:13
Gülərüz eyni zamanda qətiyyətli Rednik...
Rumın
mətbuatının yaydığı məlumata görə Florin Bratu Buxarest "Dinamo”su ilə müqaviləsini
pozub. Yayılan məlumatda həmçinin deyilir ki, Florin Bratu bundan sonra "Xəzər
Lənkəran”a geçidini asanlaşdırmış sayıla bilər.
Əgər
bu baş verərsə və yaya qədər müqavilə bağlanarsa o zaman Bratu "Xəzər Lənkəran”dan 100.000 avro ala bilər.
Bu
arada Mirça Rednik həmyerlilərinə sərt üzünü də göstərməli olub. Sezar Dos
Santos Sesinya ilə bağlı məsələnin açıq qaldığını bildirən Rednik belə deyib: "Sesinyanın
transferi hələ tam həll olunmayıb. Mən onu Kastel Stifen Qreqori ilə birgə istəyirdim.
Braziliyalını tək istəmirəm, bizim bu
barədə danışıqlarımız hələlik dayanıb.Ya mən deyən olacaq... Bu son qərarımdır.”