www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » İyul » 6 » həmin gün Avropa Liqası həyəcanını Lənkəran şəhəri, onun sevimli komandası olan "Xəzər Lənkəran”la birgə yaşayacaq.
16:58
həmin gün Avropa Liqası həyəcanını Lənkəran şəhəri, onun sevimli komandası olan "Xəzər Lənkəran”la birgə yaşayacaq.
Bu, 2010-cu il futbolsevərlər üçün heç də maraqsız keçmir. Onsuz da futbolsevərlər, hər dörd ildən bir dünya çempionatı, yenə hər dörd ildən bir Avropa çempionatı (eyni vaxtda keçirilən digər Qitələrin çempionatları) və Olimpiya oyunlarına çoxdan daxil edilmiş futbol oyunları üzrə, olimpiya çempionluğu uğrunda keçirilən yarışları izləməklə, növbələşərək hər iki ildən bir düşən bu futbol bayramlarını izləməklə darıxmırlar. Bura, hər il keçirilən ölkə birinciliklərini, ölkə kuboku uğrunda yarışları, ardınca azarkeşlərinin bəxti gətirmiş klubların qitə miqyaslı turnirlərdə çıxışını izləməyi də əlavə etsək futbolsevərlərin kifayət qədər bu ehtiyaclarının ödəndiyini deyə bilərik.
*
Bəli, bu il elə bu ərəfələrdə, Cənubi Afrika Respublikasında keçirilən 20-ci dünya çempionatının final mərhələsinin sonu yaxınlaşdıqca, bütün dünya futbolsevərləri, sonuncu dünya çempionunun Hollandiya, Uruqvay, Almaniya və ya İspaniya millilərindən hansının olacağı düşündürürkən ( yazi yazılan ərəfədə DÇ-nın ½ final oyunları sabah keçiriləcəkdi), biz "Xəzər Lənkəran” azarkeşləri daha bir önəmli matç haqda düşünürük. Bayaq dediyim kimi, axı bəxti gətirmiş azarkeşlərdən olan bizlərin doğma komandası Avropa liqasında çıxış edir və hətta ilk oyununu iyul ayının 1-də Moldovada "Olimpiya” Beltsı klubu ilə 0-0 bərabərə qalmaqla, sərfəli səfər nəticəsi ilə doğma şəhərə dönmüşdür.
*
Avropanın dörd bir yanını əhatə edən bu kubok yarışlarına iyul ayının 8-də biz də qoşuluruq. Coğrafi olaraq Mərkəzi Asiyada qərarlaşan Qazaxıstanın da idman növlərində Avropada təmsil olunması bu idman ərazisinin nə qədər böyük bir coğrafi sahəni əhatə etməsi doğrudan da nə qədər möhtəşəmdir. Əsasən, həftənin 2-ci, 3-cü günləri Çempionlar Liqasının və 4-cü, 5-ci günləri isə Avropa Liqasının oyunları keçirilən günlərə, "bu gün Avropa meydanlarında futbol bayramıdır” deyirlər.
*
İyul ayının 8-də bu böyük və futbolu kifayət qədər inkişaf etmiş qoca qitənin futbol bayramına biz də qoşulacaq, və Avropanın ən cənub şəhəri olan Lənkəran şəhəri, bizim qürurumuz olan, öz komandası ilə, yəni "Xəzər Lənkəran”la təmsil olunacaq. Avropanın müxtəlif şəhərlərində qitə kuboku həyəcanı yaşandı dedikdə əlbəttə burada Lənkəran da nəzərdə tutulacaq. Bu xəbərlər Avropanın bütün informasiya vasitələrində, bütün telekanallarında səslənəcək, kadrlar nümayiş etdiriləcək.
*
Bəli, bu bəlkə də bir çoxları üçün adiləşibsə, bizim üçün isə bir ilk olacaq. Bu Lənkəran şəhəri, o cümlədən ölkənin cənubu üçün bir ilk olacaq. "Xəzər Lənkəran”ı tək Lənkəran deyil, bütün cənub regionu dəstəkləyir. Bunları nəzərə aldıqda, həmin bu tarixi gündə doğma arenamızda ilk avropalı qonağımız olan "Olimpiya” Beltsı klubunun işinin heç də asan olmayacağını düşünmək o qədər də çətin deyil. Bütün Cənub regionu nə qədər qonaqpərvər olsa da, biz birlikdə, komandamıza inanılmaz bir dəstək verməklə, idman dili ilə desək, bu avropalı qonağımızı əliboş yola salacağıq.
*
Həmin gün UEFA şəhərimizə nümayəndələrini göndərəcək, çəkilişlərini aparacaq, öz rəsmi saytları vasitəsi ilə operativ olaraq oyundakı hesabı yayımlayacaq, bütün dünyada izlənən "Livescore.com” və s. kimi internet nəhəngləri, Lənkərandan məlumatlar alaraq dünyaya yayacaq. Bütün dünya telekanalları iyulun 8-i Avropa futbol meydanları deyəndə doğma Lənkəran şəhərini də nəzərdə tutacaq və videogörüntülər nümayiş etdirəcək. Bir sözlə həmin gün Avropa Liqası həyəcanını Lənkəran şəhəri, onun sevimli komandası olan "Xəzər Lənkəran”la birgə yaşayacaq. Lənkəran şəhəri Avropada ilk rəsmi oyununu qələbə ilə başa vurmaqla tarixin yaddaşına köçürəcək.
*
Bəlkə də 10 və ya 20 ildən sonra "Xəzər Lənkəran” Avropanın adlı-sanlı klublarını doğma meydanda məğlub edərkən, biz 8-iyul 2010-cu ildə qazanılan ilk Avropa qələbəsindən həvəslə danışacağıq. Bu tarixi gündə komandamızı birlikdə dəstəkləyək, komandamızla birlikdə tarixə düşək, gələcəkdə inşallah 50-60 minlik stadionumuzda, bu 15-minlik stadionumuzun ilk beynəlxalq qələbəsinin canlı şahidləri kimi danışaq. Bu böyük tarixin iştirakçıları olmaq istəyənlər, siz də bizimlə bu anları yaşamağa necə baxırsınız?
*
P.S. Aldığımız məlumata görə bu oyunu canlı olaraq izləmək üçün Moskvadan, Sankt-Peterburqdan, Kiyevdən, Moldovadan və yaxın xaricdən əslən bölgəmizdən olan "Xəzər Lənkəran” azarkeşləri həmin gün doğma komandalarını tək buraxmamaq üçün stadiona gələcəklər.
*
Müəllif: Mirhafiz M. Babayev "Bosman” fanklubu 05.07.2010.
*
Mənbə: "Bosman.at.ua”
Bölmə: |Baxış sayı: 614 | Yazar: ISLAM |
Всего комментариев: 0
der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz