www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » İyul » 23 » "Hər iki oyunu udub mübarizəni dayandırmaq ağlasığmazdı”!
21:20
"Hər iki oyunu udub mübarizəni dayandırmaq ağlasığmazdı”!
Builki Azərbaycan Kubokunun finalında baş vermiş "Fair play” qaydalarının pozulması yəqin ki, heç kimin yadından çıxmayıb. Belə ki, "Xəzər Lənkəran”la "Bakı” klubu arasında keçirilən 2009/2010 kubok oyunlarının finalında, "Bakı” klubunun qapımıza vurduğu "Fair play” qaydalarına zidd olan qolun nəticəsində, əslində Azərbaycan Kuboku, anti-"Fair play” qaydalarının qurbanı olmuşdu. Bunun belə olmadığını qeyri-peşəkarcasına sübut etmək istəyən, klub rəsmiləri və bir sıra futbol başbilənləri nəhayət, "Xəzər Lənkəran” azarkeşlərinin həqiqətin itib batmaması yönundə göstərdikləri fəaliyyətin nəticəsində axır ki, bu oyunda "Fair play” qaydalarının pozulmasını rəsmən dilə gətirdilər. Bunu PFL prezidenti rəsmən dilə gətirsə də, klub qeyri-peşəkarlıqla da olsa sözündə qalmaqda davam etdi.
*
Elə həmin qeyri-peşəkarlığın davam etməsi, bu dəfə "Bakı” klubunun əleyhinə işlədi. Kuboku bu cür qazanmağın nəticəsində Avropa Liqasının ikinci təsnifat mərhələsinə birbaşa qatılmaq hüququ qazanan "Bakı” klubu elə ilk matçdaca, qeyri-peşəkarlığın qurbanı oldu və bu qeyri-peşəkarlıq, 2:1 qazandıqları matçın UEFA tərəfindən 0:3 hesablı məğlubiyyət qərarına gətirib çıxardı. Bu kədərli aqibət həm də Azərbaycan futbolu üçün uğursuz bir hal oldu.
*
"Xəzər Lənkəran” azarkeşlərinin "Bakı”nın indiki baş məşqçisinə mətbuat vasitəsi ilə "Fair play” qaydaları ilə bağlı ünvanladıqları sualları (güman ki, bu sualların ona çatmasına kimlərsə mane olmuşdu), baş məşqçi "Buduçnost”la məlum oyundan sonra avtomatik cavablamış oldu. Həmin məlum uğursuzluqdan sonra "Bakı”nın baş məşqçisinin dediyi bu sözlər: "Hər iki oyunu udub mübarizəni dayandırmaq ağlasığmazdı” cavabını, əslində həm də kubok oyununun finalına bu cür aid etmək olar: - " 1:1 bitən final oyununda Kubok qazanmaq necə ağlasığmazdırsa eləcə, "Hər iki oyunu udub mübarizəni dayandırmaq ağlasığmazdı”!
*
Nəhayət "Xəzər Lənkəran” azarkeşlərinin sualları avtomatik cavablanmış oldu. Biz isə buna sevinmirik, əksinə fytbolumuzdakı qeyri-peşəkarlığın aradan qalxmasını arzulayırıq. Onda nə "Xəzər Lənkəran”, nə "Bakı” və nə də başqa klublarımız belə səhvlərdən əziyyət çəkməli olmaz.
Mənbə:bosman.at.ua
Bölmə: |Baxış sayı: 616 | Yazar: 12cioyuncu |
Всего комментариев: 0
der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz