Fevralın
13-də Bakıda "Xəzər Lənkəran”ın bayrağı yandırılıb ?
Fevralın 18-də "Xəzər Lənkəran”ın məşqini izləməyə
gələn azarkeşlər arasında narahatçılıq var idi. Biz məşqə geçikdiyimizdən məsələdən
də gec agah olduq. Elşad Xanıyev adlı "Xəzər
Lənkəran” azarkeşi özüylə gətirdiyi
yarıyanmış bayrağı göstərərək əsəbi şəkildə danışırdı:
"Mən
Fevralın 13-də oyundan sonra bu yandırılan bayrağı həmin insanın əlindən aldım
və ona yumruq da vurdum. Daha sonra yaxınlıqda "UltraNeftçi” fan klubunun rəhbəri
Ceyhun Əzizlini gördüb ondan izahat istədim. O da mənim yanımda bayraq
yandıranı söydü"
Məşqi
izləyən yüzlərlə insansın gözü qarşısında Elşad bəy əsəbi şəkildə danışırdı.
Azarkeşlər hamılıqla: "Bəs niyə bu qədər vaxtı ortaya çıxıb demirdin bunları ?”
Elşad
Xanıyev: " Mən istəmirdim bu hadisə
ortaya çıxsın və ara yenidən qarışsın. Bu gün Bakıda "Futbol+” qəzeti aldım. Qəzetin manşetində yazılıb ki, güya "Neftçi”
fanatları Sadıx Sadıxova görə "Xəzər Lənkəran”ın bayrağını yandırmayıblar. Mən
də əsəbləşdim, axı yandırılıb, niyə o kişinin boyuna minnət qoyurlar. Ceyhun
Əzizli də bunun şahididir. İnsafən Ceyhunun bayraq yandırılmasına aidiyyatı
yoxdur.” Ardı
növbəti yazıda... Elşad Xanıyev hansı telekanala bayraq yandırılması barədə danışdı...Bizi izləyin...
|