Ana Səhifə» 2010»Sentyabr»15 » Hər tərəf hər yan yam yaşıl olarsa...
20:35
Hər tərəf hər yan yam yaşıl olarsa...
Sentyabrın
11-də "Fırtınalar meydanı”nda olduğumuzda ürək ağrıdan görüntülərlə
rastlaşdığımızı bildirmişdik.Həmin hadisədən iki gün sonra isə bir daha orada
olub,gördüklərimizdən sevinmişdik və görülən böyük işləri işıqlandırmışdıq.
Sentyabrın
15-də komandanın məşqini izləməyə gedərkən meydançanı yaxından gördük.Meydançada
həqiqətən də böyük işlər görülüb.Ot örtüyündə yaşıllığı görüncə bir daha sevindik.Artıq
meydançaının 90% hissəsi çay sularının gətirdiyi lil və palçıqdan təmizlənib.Elə stadionun ərazisi də bir neçə
gün ərzində gedən intensiv işlərdən sonra
təmizlənib.Amma stadionun arxa hissəsində yəni,"Lənkərançay” çayına yaxın
hissədə hələ də palçıq qalmışdır.Hər gün bir neçə yük maşınlarıyla daşınan lil
və palçığdan stadioniun təmizlənmsinə sentyabrın 16-da son qoyula bilər.Bu işdə
isə azarkeşlər iştirak edəcəklər.Növbəti yazıda bu barədə daha ətraflı...