Ana Səhifə» 2010»Fevral»12 » Hamı “Fırtınalar meydanı”na.
00:49
Hamı “Fırtınalar meydanı”na.
Hamı “Fırtınalar meydanı”na.
Biz “12-ci”lər orada olacağıq və biz komandanı qələbəyə səsləyəcəyik.”Balon şou” adlı layihəni həyata keçirəcəyik.
“Xəzər lənkəran” – “Qarabağ” oyunu haqda çox yazıldı,statistik göstəricilər ortaya qoyuldu,baxmayaraq ki,matçın prinsipiallığı onlarsız da hamıya bəllidir.
Amma oyunu izləyəcək azarkeşlər həmişəki kimi yaddan çıxdı.
Beləcə “Fırtınalar meydanı”nın bəzəyi olan çoxminli “Xəzər Lənkəran” azarkeşləri internet portallarında və qəzetlərdə bir o qədər də işıqlandırılmadı.
Halbuki qarlı çovğunlu qış günündə olsa belə sevimli komandanı tək buraxmayan və soyuq havada da tribunalara toplaşan minlərlə insanın fəallığı bu qarşılaşmanı turun digər oyunlarından fərqləndirən əsas cəhətdir.
Ölkəmizdə bütün işlərdə belə olur əsas məsələ qalır bir yana onun ətrafında hərlənirlər.
”Xəzər Lənkəran” azarkeşləri qızıl 3-xalın mənbəyi olan bu oyuna çoxdan bəri hazırlaşırlar.
Əlbəttə ki,azarkeşlərin fərdi və ya qrup şəklində hazırlanması əhəmiyyət kəsb etmir.
Ümumi azarkeş kütləsinin böyük bir hissəsi fan klublara üzv olmadıqları üçün fərdi planda hazırlıqlar görür,hərə bir formada komandaya dəstək olmağa çalışırlar.
Bu mənada “Fırtınalar meydanı”nın “A”- sektorunda məskən salan və intellekt azarkeşlər sayılan fəallar yəqin ki,növbəti plakatları hazırlayırlar.
”S”- sektorundakı azarkeşlər isə xırda ölçüdə olan və qol vurulan zaman tribunalara səpilən kağızları hazırlayır,rəsmi fan klubun yaxınlığında qalaraq onlarla birgə komandanı qələbyə səsləyən azarkeşlərin də yəqin öz planları vardır.
Digər sektorlarda məskən salan “Fırtınalar meydanı”nın daimi sakinləri də fəaliyyətsiz qalan deyillər.
Beləcə Lənkəranlı futbolsevərlər oyuna demək olar ki,tam hazırdırlar.
”Fırtınalar meydanı”nın fırtınaları bu gün “Qarabağ”la oyunda da davam edəcək.