Oyun
sonrası mətbuat konfransı.
"Xəzər
Lənkəran”ın baş məşqçisi Mirça Rednik :
"Qələbə qazandığımıza görə sevinirəm. Çünki, qarşımızda yaxşı təşkilatlanmış komanda var idi. Yaxşı komanda yaratdığına görə rəqib komandanın baş məşqçisini təbrik edirəm. "AZAL"ın 5-6 oyununu izləmişəm, xüsusilə də son oyununu. Heyətimizə yaxşı oyunçular dəvət etmişik, hələ ki, oyunumuzu tam tutmamışıq. Təbii ki, qələbəyə görə çox sevinirəm, lakin xətlərarası problemimiz var. Əsas məsələ "Neftçi"dən aralanmamaq idi, bunun öhdəsindən gəldik. Heyətimizdə belə səviyyəli oyunçuların olması yaxşıdır, bizi irəlidə daha ağır oyunlar gözləyir, bu futbolçulara ehtiyacımız olacaq. Azarkeşlərə stadionda möhtəşəm ab-hava yaratdıqlarına görə təşəkkür edirəm, onların dəstəyi ilə komandamız daha da irəli getməyə çalışacaq. Bu gün AZAL bizə çox problemlər yaratdı, nə "Bakı", nə də "Neftçi" bizə belə problemlər yaratmamışdı".
AZAL-ın
baş məşqçisi, Nazim Süleymanov:
""Xəzər Lənkəran"ı qələbə münasibəti ilə təbrik edirəm. Oyun çox maraqlı keçdi, həqiqətən də Lənkəranda futbol ab-havası var. Həm stadion, həm də azarkeşlər çox gözəl idi. Hərçənd ki, nəticə məni qane etmədi. Bizim qarşımıza qoyulan birinci məqsəd "ilk altılığ"a düşmək idi. İkinci məqsəd isə Avroliqaya vəsiqə qazanmaq idi. Bu oyunla mən uşaqları təbrik etmək istəyirəm, məğlub olduğumuza baxmayaraq, çox yaxşı mübarizə apardıq. Bu oyunda, demək olar ki, bəxtimiz gətirmədi. "Xəzər Lənkəran"a uğurlar arzulayıram".
|