Ana Səhifə» 2010»May»14 » İnsanlar əməllərinə görə qiymət alırlar.
23:40
İnsanlar əməllərinə görə qiymət alırlar.
“Bakı” klubunun qapıçısı Xaildu Sissoko komandasının Lənkərandakı oyunlarında ayrı ayrı vaxtlarda iki dəfə ədəbsiz jestlər edib.Birinci dəfə 11.000 azarkeşə, dünyanın hər yerində tərbiyəsiz hərəkət kimi qəbul olunan hərəkətlər etmişdi.Bu hadisəni mətbuat işıqlandırsa da ölkənin futbol ictimaiəti tərəfindən adi qarşılanmışdı.Sissoko ikinci dəfə isə polis əməkdaşının üzünə tüpürmüşdü.Yenə də futbol qurumları və futbol ictimaiəti bu məsləyə biganə qalmışdı.Düzdür hər iki dəfə “Bakı”nın qapıçısı əvvəlcə Lənkəranlı azarkeşlərdən,sonra isə polis əməkdaşından üzr istəmişdi.
Xalidu Sissoko, “qol.az” saytına verdiyi müsahibədə, “Xəzər Lənkəran”a qarşı mayın 15-də keçiriləcək oyun haqda danışarkən köhnə söhbətləri yada salaraq bu sözləri deyib:-
-«Baş məşqçi mənə şans verəcəyi halda, kişi kimi söz verirəm ki, onlarla heç bir problemim olmayacaq və təxribata getməyəcəyəm. Qeyd etmək istəyirəm ki, buna qədər olan insidentlərdə təkcə mənim deyil, Lənkəranlı azarkeşlərin də təqsiri olub. Amma bu dəfə eyni hallar təkrarlanmayacaq».
Onun sözlərindən anlamaq olur ki,Sissoko hələ də etdiyi hərkətlərin birmənalı olaraq səhv olduğunu anlamayıb.Minlərlə insanı ədəbsiz jestlərlə təhqir etməyinə bəraət qazandırmaq istəyi,onun üzr istədikdən sonra bir vaxtlar qazandıqlarını itirməsi deməkdir.Hər halda ədəbsizlik etmək nə qədər ayıb idisə,bu hərəkət sonrası üzr istəmək daha çox alqışa layiq idi.Amma hadisələrin üstündən müəyyən vaxt keçdikdən sonra, azarkeşləri təqsirli saymaq,bir zmanalar üzr istəyərkən onun heç də səmimi olmadığını göstərir.Hər halda Lənkəranlı futbol azarkeşləri, insanları dərisinin rənginə görə deyil, insani keyfiyyətlətinə görə qiymətləndirirlər.