"Böyük oyun”da "Xəzər Lənkəran”
azarkeşləri tək deyildi. Beləki, dost "İnter” klubunun fanatları da bizimlə
birgə idi. Onların da bir çoxu ağ-yaşıl bayraqlar və şərflərlə silahlanmış və "Xəzər”lilərlə
birgə cənub təmsilçisinə dəstək olurdular. Lakin azerisport.com saytında təqdim
olunan fotolardan birində "İnter” klubunun bayrağı da aşkar görünür.
Bu arada bir "Xəzər Lənkəran” azarkeşinin
saytımıza verdiyi məlumat görə o, fevralın 13-də "Böyük oyun”da xoşa gəlməz
hadisənin şahidi olub. Azarkeşin dediklərinə əsasən, təsadüfən "UltraNeftçi”
fan klubunun yaxınlığında oturan bir neçə
Lənkəranlı yeniyetmə əks tərəfin
təzyiqinə məruz qalıb. Deyilənə görə "UltraNeftçi” fan klubunun rəhbəri Ceyhun
Əzizli həmin yeniyetmələrin əlində olan "Xəzər Lənkəran” bayrağının alıb və sonra bayrağın dəstəyini sındırıb.
Bizə məlumatı ötürən azarkeşin müdaxiəsindən sonra fan klub rəhbəri yeniyetmələrdən
əl çəkib. Məlumatı bu gün ərzində dəqiqləşdirməyə çalışacağıq.
|