Ana Səhifə» 2010»Aprel»15 » Junior gedir, Kalinkov gəlir.
18:36
Junior gedir, Kalinkov gəlir.
“Xəzər Lənkəran” ın rəsmi saytının yaydığı məlumatlara görə Junior zədə üzündən bir müddət yaşıl meydandan kənarda qalacaq,Kalinkov isə artıq meydana dönür.
Komandamızın aparıcı futbolçularından olan Denis Kalinkov dünəndən etibarən ümumi qrupda məşqlərə başlayıb.
Daban nahiyyəsində problemi olan Moldova millisinin futbolçusu sonuncu dəfə təxminən bir ya öncə - martın 17-də “Qarabağ”a qarşı ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda meydana çıxmışdı.
Tam sağlam olmamasına baxmayaraq vacib oyunda komanda yoldaşlarına kömək etmək istəyi Denisə baha başa gəlmişdi və hücumçumuz zədəsini yeniləyərək daha uzun müddətə sıradan çıxmışdı.
Artıq on günə yaxındı ki, topsuz çalışmalar edən Kalinkov, nəhayət, ümumi qrupda məşqlərə qatılmağa başlayıb. Böyük ehtimalla, şənbə günü “Qəbələ”ylə oyunda olmasa da, bir həftə sonra Premyer Liqanın XXIX turunda “İnter”ə qarşı görüşdə Lənkəran tamaşaçılarının sevimlisi yaşıl meydana dönəcək.
Komandamızın aparıcı mərkəz yarımmüdafiəçisi Junior Osvaldo bugünki məşqin gedişində sağ ayağının əzələsini yenidən zədələyərək sıradan çıxıb.
Cəmi bir neçə gün öncə komandayla məşqlərə başlayan Junior bugünki məşqin sonunda ayağında yenidən ağrı hiss edib. Müalicə olunmaq üçün vətəninə yollanacaq braziliyalı futbolçumuz ən azı daha 15-20 gün meydandan kənarda qalacaq. Bu isə o deməkdi ki, “Xəzər Lənkəran” aparıcı oyunqurucusunun xidmətindən ən yaxşı halda Premyer Liqanın son iki turunda və vəsiqə qazanacağı təqdirdə ölkə kubokunun finalında yararlana biləcək.