Kamran
Ağayev öz zarafatları ilə və azarkeşlərə qarşı mehriban münasibəti ilə həmişə məşqi
izləyən azarkeşlərin rəğbətini qazana bilib. Məhz bu səbəbdən Lənkəranda Kamran Ağayevin 100-lərlə fanatı
vardır. Bir müddət əvvəl biz onu fanatları ilə birgə söbtələşən zaman
yaxalmışdıq. O fanatlarını ətrafına yığaraq oyun zamanı həmişə ayağında olan butsinin
üzərində öz adının yazıldığını göstərirdi...
Dekabrın
9-da keçirilən məşqin sonunda Kamran əvvəlcə
topla maraqlı hərəkətlər edərək azarkeşlərin
alqışını qazandı. Daha sonra veteranlar şurasının sədri ilə şəkil çəkdirdi. Hələ
Kosta-Rikalı futbolçu Uinston Parksla zarafatlaşmağa da vaxt tapdı. Tam yorulandan
sonra isə sakitcə oturan Kamran qayğılı görünürdü...