Ana Səhifə» 2010»Avqust»28 » Kimin kim olduğu bilinir indi...
00:50
Kimin kim olduğu bilinir indi...
"Neftçi"nin
azarkeşləri "Xəzər Lənkəran"ın avtobusunu daş-qalaq edib. Fanat.az
xəbər verir ki, iki gündür Bakıda hazırlıq keçən Lənkəran klubunun futbolçuları
bu gün keçirilən "İnter" - "Neftçi" oyununu izləmək üçün "Şəfa"
stadionuna gəlib.
Futbolçular
stadiona daxil olan kimi "Neftçi"nin azarkeşləri "Xəzər" qaz!"
qışqırmağa başlayıb və bu vəziyyət təxminən 10-15 dəqiqə davam edib. Matçın
fasiləsində isə "Neftçi" fanatları Lənkəran klubunun avtobusunu daş-qalaq
edib. Nəticədə avtobusun şüşələri sındırılıb və avtobusa ciddi zərər dəyib. Xoşbəxtçilikdən
həmin vaxt futbolçular və klub rəsmiləri avtobusda olmayıb.
Premyer
Liqanın IV turu qalmaqalla yadda qalıb. Apasport.az saytının xəbərinə görə, hadisə
"Şəfa” stadionunda keçirilən "İnter” – "Neftçi” matçının fasiləsində qeydə
alınıb.
Belə ki, turun
mərkəzi görüşünü "Xəzər Lənkəran” klubunun rəsmiləri, məşqçi heyəti və
futbolçuları da izləyib. Amma cənub təmsilçisinin oyunu izləməsi "Neftçi”
azarkeşlərini qıcıqlandırıb. İlk yarıda "ağ-yaşıllar”ın əleyhinə xoşagəlməz
şüarlar səsləndirən bakılı fanatlar "Xəzər Lənkəran”a məxsus avtobusu daş-qalaq
ediblər.