"Zəka" kompyuter mərkəzi
www.zaka.biz
Giriş Forması |
|
|
|
|
Növbəti oyun ________________________ Azərbaycan kuboku
8-mart saat 18:00
Fırtınalar Meydanı "X. Lənkəran" - "Neftçi"
___________________ Turnir Cədvəli
Neftçi |
22-48
|
Xəzər Lənkaran
|
22-47
|
Qarabağ
|
22-42
|
İnter
|
22-40 |
AZAL |
22-36
|
Bakı
|
22-33 |
Qəbələ |
22-31
|
Muğan |
22-27
|
________________________
Bombardirlər
1.Uinston Parks
|
6
|
2.Elvin Beqiri
|
4 |
3.Alim Qurbanov
|
4 | ________________________
Qarşıdakı Oyun
Azərbaycan kuboku
8-mart saat 18:00
Fırtınalar Meydanı "X. Lənkəran" - "Neftçi"
__________________
Qəhrəmanımız: Mirça Rednik
|
BİZİM DOSTLARIMIZ
Ağlı Göylü Fan Portal İnter Fan Klub
Fırtına Fan Klub
Bosman Fan Klub
|
Ana Səhifə» 2010 » Oktyabr » 5 » Kölgəsindən qorxanlar,qorxaq deyillər.Onlar...
23:32 Kölgəsindən qorxanlar,qorxaq deyillər.Onlar... | Növbəti
dəfə AFFA-nın Nizam Intizam Komitəsi humanist addım atdı,bu dəfə Kamran Ağayevə
qarşı…
"Xəzər
Lənkəran” - "Bakı” oyunun 85-ci dəqiqəsində qapısında qol görəndən sonra rəqib
komandanın futbolçusunu ölümlə hədələyərək,əlcəklərinin içində gəzdirdiyi soyuq
silahla(və ya isti silahla - hava şəraitindən asılı olaraq) qorxu gəlmiş,dirsəyi
ilə ona zərbə vuramağa cəhd etmiş,beləcə futbolçuya,Azərbaycanlıya, insanlığa
yaraşmayan hərəkətlərə yol vermiş Kamran Ağayev adı çəkilən komtənin qərarı ilə
cəmi 4-oyunluq cəzalandırıldı.Halbuki Kamranın ömürlük futboldan uzaqlaşdırlması
və hətta haqqında qəti həbs imkan tədbirinin seçilməsi də gündəmdə idi.Kamran
Ağayev ölkə futboluna ləkədir desək yəqin ki,futbol ictimaiəti bizi düz başa
düşər.Güman edirik ki,NİK-in çıxardığı bu humanist bu qərar Kamran Ağayevə millinin
heyyətində vacib oyun öncəsi xüsusi motivasiya verəcək.
"Xəzər
Lənkəran”dan savayı digər komandaların qapıçılarının analoji addımı atmağını normal qarşılamaq
olar.Amma cənub klubunun üzvünün bunu etməyə haqqı yox idi.
Oktyabrın
2-də Lənkəranda keçirilən və az sayda azarkeşin izlədiyi "Xəzər Lənkəran” - "Bakı” oyunun son
dəqiqələrində qonaq komandanın qapısına istiqamət alan top müdafiəçinin açıq əlinə,yəni bədəndən ayrılmış əlinə dəyərək qapıçının
üstünə getdi.Belə vəziyyətdə penalti təyin olunmur.Bu məsələdə mütəxəssis fikri
önəmlidir:
"Əgər topa
zərbə vuran futbolçu "Xəzər Lənkəran”ın futbolçusudursa və top cərimə
meydançasının daxilində rəqib komandanın
futbolçusunun əlinə (istənilən formada ) dəyirsə penalti təyin olunmur”(Xaqani Məmmədov "Topdan topa” külliyat, IX cild 2008)
"Bakı”
ilə oyundan öncə Lənkəranlı azarkeşlərin vandalizm hərəkətinə yol verdiklərini
də qeyd etmək lazımdır.Onlar futbolumuzun aparıcı klubu olan "Neftçi” klubuna
məxsus bayrağı yandırmışdılar.Ölkə bayrağını yandırsaydılar onları bəlkə
bağışlamaq olardı,amma futbolumuzun Flaqmanına qarşı bu vəhşilik "Neftçi”nin
7-milyonluq azarkeş ordusuna mənəvi zərbə vurdu.Hər oyununda T.Bəhrəmov
stadionuna sığışmayacaq qədər azarkeş toplayan "Neftşi” klubu oyunlarına ən çox
azarkeş toplayan klub olaraq statistik göstəricilərinə görə liderliyini qorumaqdadr.
Sentyabrın
25-də Lənkəranda keçirilən "Xzər Lənkəran” - "Neftçi” oyununda baş vermiş daha
bir məqam yaddaşlara həkk olundu.Beləki,oyunun 89-cu dəqiqəsində sevimli
komandalaının qapısında qol görəndən
sonra əsəblərini cilovlaya bilməyən "Neftçi” fanatları haqlı olaraq, sivil
yollarla, stadionun oturacaqlarını səliqəli şəkildə sındırıb dostluq mesajı
olaraq yerli azarkeşlərin başına çırpdılar.Lakin həmişə kinli olmaları ilə
seçilən lənkəranlı azarkeşlər,qol
sevincini yaşamaq əvəzinə "Neftçi” fanatlarına cavab verməyə belə cürət etdilər və onlara
atılan oturacaqları gəldiyi istiqamətdə qaytardılarXoşbəxliktən qonaq
komandanın fanatlarından xəsarət alan olmadı.
İndi
biz ölkə futbolunun inkaşında önəmli bir dövrü yaşayırıq.Futbol qurumlarının
yorulmadan çalışdığı zamanda bəzi futbol azarkeşləri xüsusən də "Xəzər Lənkəran”
azarkeşləri bu inkişafın qarşısını almağa çalışırlar.Beləki,tribunalarda asdıqları
bəzi bannerlərlə milli musiqi və milli mənəvi dəyərlərimizə hörmətsiz yanaşırlar.Beləki,bəzi
azarkeşlər bəzi mahnıların sözlərini təxribati şəkildə parçalara yazaraq əllərində
tuturlar ki,bu da rəqib komandalarn heyyətindəki legioner futbolçulara
psixoloji təsir edir.Amma onlardan fərlqi olaraq "Neftçi” fanatları müxtəlif
səpkili şüarlar səsləndirərək ən ağıllı addım atmaqla digərlərinə həmişəki kimi
örnək olmaqdadırlar.Bu yaxınlarda hava şəraiti ilə əlaqədar olaraq "Neftçi”nin oyununun
təxirə düşdüyünü görən Flaqmaçılar,
paytaxtın digər stadionunda keçirilən oyunda futboldan zövq almaqla məşğul
olmuşdular ."Şəfa” stadionunda keçirilən "İnter” – "Qarabağ” oyununda iştirak
edən "Neftçi”li fanatlar futbol ictimaiətinin qınağına səbəb olmayan şüarlar
səsləndirərək hamını heyrətləndirmişdilər.Beləcə onlar "Xəzər Lənkəran” klubunu
və onun azarkeşlərini cinsiyyət orqanlarına bənzədərək əsl sivil addımları ilə ölkənin
futbol azarkeşlərinə növbəti dəfə nümunə ola bilmişdilər.Bütün bunları
araşdırandan sonra görmək olur ki,hələ də "Neftçi” fanatlarından öyrənməyə çox
şey var.
Elə "Neftçi”
klubunun jurnalistlərlə qurduğu iş birliyini də təqdirə layiq hal kimi
qiymətləndirmək lazımdır. Ölkə futbolunun inkişafı naminə xaricdən gələn çirkin
pullarla deyil xalqın halalca pulunu futbolumuzun inkişafına xərcləyən klub
rəhbərliyi bir çox sözügedən jurnalistlərimizi də unutmayıb.Bunu isə alqışlamamaq olmaz.
Sürəkli
alqışlar...
|
Bölmə: Futboldan Kənar |Baxış sayı: 668 |
Yazar: ISLAM
| |
|
Copyright MyCorp © 2024 | Используются технологии uCoz |
|