Ana Səhifə» 2010»Noyabr»9 » Komandanın məşqində nələr oldu...
19:17
Komandanın məşqində nələr oldu...
"Xəzər
Lənkəran” komandasının avtobusu saat 15:15-də
"Fırtınalar Meydanı”nın ərazisinə daxil oldu.
Bir
saatlıq istirahətdən sonra komanda yardımçı meydançada məşqə başladı. Rahid
Əmirquliyev, Elnur Allahverdiyev və Kamran Ağayev millinin təlim məşq
toplantısına qatılmaq səbəbindən komanda ilə olmadıqca, David İmedaşvili və
Tural Cəlilovun qayıdışı sevindirici xəbər oldu. Elə gənc futbolçular Amid Hüseynov,
Kazım Kazımlı və Orxan Sadıxlının da əsas heyyətlə birgə həvəslə məşq etməsi məşqi izləyən azarkeşlər
tərəfindən yaxşı qarşılandı. Allan Lalin hələ özünü yaxşı hiss etmədiyindən,
Uinston Parks isə beyin silkələnməsinə məruz qaldığı üçün müalicə aldığından məşqə qatıla bilməmişdilər.
Məşqi
izləyən zaman bizi görən Alim Qurbanov həmişəki kimi bizimlə özünəməxsus
şəkildə salamlaşdı. Ruslan Poladov da
elə həmişə olduğu kimi bütün diqqətini Rednikə yönəltmişdi. Kristian Kabral bu
dəfə daha şən idi.
Stadionun
həyətinə daxil olub məşqi izləməyə gələn azarkeşləri mühafizəçilər salamlaşaraq
qarşılayırdılar ki, bu da ümumilikdə gözəl atmosferin yaranmasına xidmət etdi.
"Xəzər
Lənkəran” klubunun prezidenti Mais Mənsimov həmişə olduğu kimi məşqi komandanın
rəisi Səməd Mustafayevlə birgə azarkeşlərin yanında izlədi.