www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » Sentyabr » 28 » Ləkəli kubokun sevincini isti yay günlərində itirən "Bakı"
22:27
Ləkəli kubokun sevincini isti yay günlərində itirən "Bakı"


Sentyabrın 25-də nəhayət, "Xəzər Lənkəran” azarkeşləri əzəli rəqibi "Neftçi” üzərində qələbənin və həm də liderliyə yüksəlmənin sevincini yaşadı. Bundan sonra məşqçilər demişkən; "artıq bu oyunu unudub, növbəti matçın hazırlıqlarını düşünürük”.

 

Növbəti matç dedikdə, bu oktyabr ayının 2-də, 8-ci tur çərçivəsində Lənkəranda baş tutacaq "Xəzər Lənkəran” – "Bakı” oyunudur. Bu oyun haqda düşündükdə isə çox şeylər göz önünə gəlir. Əvvəllər Sissokonun etdiyi "məşhur" hərəkətlərdən tutmuş, keçən mövsümün "Bakı” ilə son iki matçını istər-istəməz yada salmalı olursan. Keçən il çempionluğun əldən getdiyi son tur matçında "Bakı” bizi öz meydanımızda məğlub edə bilmişdi ki, burada da bizlərin nə hakim qərəzi ilə üzləşməyimiz qeydə alınmışdı və nə də "Bakı” klubuna hər hansı iradımızdan söhbət gedə bilməz. Əksinə, ölkə kubokunun finalı da bir neçə gün sonra elə bu komandalar arasında baş tutacağından bəzi yayılan şayiələrə son qoyulmuşdu. Belə ki, o vaxt yayılan şayiələrdə bu iki komanda arasında hansısa razılıq olduğu bildirilirdi. Guya "Bakı” son tur matçını "Xəzər lənkəran”a məğlub olmaqla çempionluğu "Xəzər Lənkəran” a "hədiyyə” edəcəkdi, əvəzində isə kubokun finalında "Xəzər Lənkəran” , uduzaraq kuboku "Bakı”ya "güzəştə" gedəcəkdi. Hər iki komandaya, belə bir sövdələşməyə getmədikləri üçün təşəkkür düşür. "Xəzər Lənkəran” son çempionat oyununa sanki, motivasiya ola bilməmənin hesabına çempionluğu əldən vermiş oldu.

 

Çempionluğun əldən getməsindən sonra mövsümün həm son oyunu, həm də iki tituldan sonuncusuna, yəni ölkə kubokuna sahib çıxmanın "yanğısı” "Xəzər Lənkəran” ın bu kubok oyununa ciddi hazırlaşmasına səbəb olmuşdu. İnsafən kubok oyununda, "Xəzər Lənkəran” əvvəlki oyuna baxanda, qələbə istəyini yaxşı keçirdiyi oyunla ortaya qoya bildi.

 

 Lakin bu oyunda da alınmadı. Əvvəlki oyunda "Bakı”ya heç bir iradımız yox idisə, bu oyunda "Bakı” "Fair Play” qaydalarına tüpürməklə, əksər ölkə mediasının, futbol ictimaiyyətinin, xüsusən "Xəzər Lənkəran” azarkeşlərinin qınaq obyektinə çevrildi.

 

Amma bəziləri burada heç bir "Fair Play” pozuntusu olmadığını sübut etməyə çalışsalar da, minlərlə "Xəzər Lənkəran” azarkeşlərinin FİFA və UEFA-ya ünvanladığı "Bizdə "Fair Play” qaydalarına məhəl qoyulmur deyə, bu bayraqlar bizim stadionlardan yığışdırılsın!” müraciətindən sonra bəzi futbol rəsmilərinin faktı təsdiqləyən açıqlamaları oldu.

 

 

Bu ərəfələrdə hər iki klub azarkeşləri arasında qarşılıqlı söz atışmaları, hətta "12-ci oyunçu” azarkeş qrupunun rəhbəri İslam Cabbarlıya zəng olunaraq hədə-qorxu gəlinməsi haqda məlumatlar da oldu ki, bu da həmin ərəfədə qəzet səhifələrində və başqa informasiya vasitələrində belə işıqlandırılmışdı. Biz "Xəzər Lənkəran” azarkeşlərinə nə qarşıdurma, nə hədə-qorxu və nə də bu kimi sivil olmayan üsullar lazım deyil. Bizə lazım olan komandamıza haqsızlıqlar olunmamasıdı. Bu halda biz, "Xəzər Lənkəran” ın gücünə bələd olan azarkeşlər kimi deyə bilərik ki, komandamızın qarşısına çıxa biləcək rəqib çətin tapılsın. Biz komandamızın gücünə bələdik, inanırıq ki, "Xəzər Lənkəran” bütün oyunlara qələbə üçün çıxdığı kimi, sonda meydandan elə qələbə ilə də ayrılacaq. Komandamızın qələbə çalması üçün isə əlbəttə biz azarkeşlərin rolunu heç kim dana bilməz.

 

 

Olub keçənləri çox yada salmaq istəmirik, qarşıdurmaya səbəb olmasın deyə. Bizə sivil yollarla komandamızı dəstəkləmək, onun qələbəsinə şahidlik etmək lazımdır. Ona görə də elə "Bakı” üzərində qələbə qazanmağın azarkeşlərin öhdəsinə düşən ən sivil yolu, həmin oyunda bizim "Fair play” qaydalarını rəqibdən "tələb etməyimiz" olar.

 

 

Komandalar meydana çıxan zaman rəqibin qulaqlarını batıracaq səviyyədə ardıcıl olaraq "Fair play” sədalarını bir neçə dəfə təkrarlamaq lazımdır. Bundan sonra rəqibin hücumları zamanı uğultu əvəzinə, yenə qulaqbatırıcı "Fair play” sədaları səslənməsi çox effektiv bir üsul olardı.

 

 

 Bununla rəqib komandanın heyətində keçən mövsümdən oynayan futbolçuları utandırıb, onların oyundan qopmasına nail ola bilərik. Yeni gələnlər də bundan xəbərdar olduqları üçün, ümumiyyətlə rəqibin oyununu sivil qaydada pozmuş olarıq. Bundan sonra da "gəlsin Xə-zə-rin qolu”. Bir, iki, ya da üç qol. Bəsdirmi ?.. Ya, yenə qışqıraq?

 

 

Biz yalnız sivil dəstəyə arxalanaraq "Xəzər Lənkəran” ın qələbəsinə kömək etməklə, onun yenə turnir cədvəlinin şəriksiz lideri olmasına yardımçı olmalıyıq!

 

Mənbə:bosman.at.ua

Bölmə: Azarkeş Xəbərləri |Baxış sayı: 608 | Yazar: 12cioyuncu |
Всего комментариев: 0
der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz