www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » Aprel » 23 » "Lənkəran hörmətin qoy, artıq olsun,Xəzərli fanatlar daim var olsun !"
23:22
"Lənkəran hörmətin qoy, artıq olsun,Xəzərli fanatlar daim var olsun !"
Oyundan əvvəl.
Oyunun başlamasına düz bir saat qalmış Lənkəran şəhərinin girəcəyində, böyük ölçüdə olan "Samovar və armudu stəkan" heykəlinin yanında "12-ci oyunçu" azarkeş klubu təşkilat komitəsinin və "Bosman" fan klubunun nümayəndələri "İnter" fan klubunu qarşıladı.Qonaq fanatlar gəldikləri avtobusdan düşərək Lənkəranlı azarkeşlərlə mehribanlıqla salamlaşdılar.Hər iki tərəf qarşılıqlı hörmətini dostcasına olunan söhbətlər zamanı bildirdi.
Sonra "Bosman" fan klubunun və "12-ci oyunçu" azarkeş klubunun təşkilat komitəsinin nümayəndələri bütün "Xəzər Lənkəran" azarkeşləri adından İnterli fanatları Lənkəranın məhşur təndir ləvəngi toyuğuna və təndir çörəyinə qonaq etdilər.Qonaqlar da öz növbələrində diqqətə görə yerli azarkeşlərə minnətdarlıq etdilər.Daha sonra stadionda yenidən bir araya gələnədək ayrıldılar.Beləcə "Fırtınalar meydanı"nda birləşərək,bundan sonra da dostluq əlaqələrin davam edilməsini müzakirə etdilər.Müzakirələrə qatılan "Xəzər Lənkəran"ın rəsmi fan klubunun rəhbəriliyi "İnter" fan klubu ilə dostluq əlaqələrinin çoxdan bəri davam etdiyini və bundan sonra da eyni qaydada olacağını bildirdi.
Oyun zamanı.
"Xəzər Lənkəran" – "İnter" oyununun başlamasına bir neçə dəqiqə qalmış hər iki klubun fanatları qarşılıqlı olaraq bir-birilərini salamladılar.
" Lənkərana xoş gəlib İnter!" -deyən "Xəzər Lənkəran"ın fanatlarına, "İnter" fan klubunun üzvləri -"Lənkəran hörmətin qoy, artıq olsun,Xəzərli fanatlar daim var olsun !"- deyə cavab verdilər.Bu layihənin həyata keçirilməsində iştirak edən bütün fanatlara və fan klub rəhbərliklərinə yalnız təşəkkür etmək lazımdır.Azərbaycanda ilk belə bir hadisə "Fırtınalar meydanı'nda baş verdi və Lənkəranlı futbol aşiqlərinin və dostlarımız olan "İnter" fanatlarının birgə əməyi hesabına alındı.
Oyundan sonra.
Matçın bitimindən dərhal sonra "12-ci oyunçu" azarkeş klubunun nümayəndələri qonaq fanatlarla sağollaşmaq istəyərkən bir neçə polis əməkdaşı buna mane oldu.Polis maneəsi ilə rastlaşdıqdan sonra "12-ci"lər stadion mühafizəçilərinin yardımı ilə qonaq fanatlara yaxınlaşa bildi. "İnter" fan klubunun avtobusu stadionun ərazisini tərk edənə qədər mehribancasına söhbətlər və oyunda baş verənlərin müzakirəsi davam etdi.Bundan sonra da dostluq əlaqələrinin davam etdirilməsi də o söhbətdə razılaşdırıldı. "İnter" fan klubunun rəhbərliyi və üzvləri bütün "Xəzər Lənkəran" azarkeşlərinə sevgi və sayqılarını bildirdilər.
Bax belə, "Xəzər Lənkəran" azarkeşləri və "İnter" fanatları, Azərbaycan futbol ictimaiətinə, həmçinin digər klubların fan klublarına mədəniyyət dərsi keçdilər.
Bölmə: |Baxış sayı: 765 | Yazar: ISLAM |
Всего комментариев: 0
der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz