Ana Səhifə» 2010»Mart»29 » Lənkəranlı futbol azarkeşləri hücuma keçdi.
18:51
Lənkəranlı futbol azarkeşləri hücuma keçdi.
100.000-Lənkəranlının imzası “Neftçi”yə qarşı.
29-mart saat 12:45 - Lənkəranın mərkəzi olan və “Qala” adlanan yerdə hamı “Xəzər Lənkəran” – “Neftçi” oyununda baş verənlərdən danışır.
Mərkəzi Univermağın yaxınlığında olan qəzet köşkünün qarşısında “Furbol+” qəzeti üçün böyük növbə gözə dəyir.Gözlənilmədən bu insanlar onlara yaxınlaşan və əllərində çoxlu kağız tutan digər insanlarla söhbətlərə başlayırlar.Biz də yaxınlaşaraq,imza toplandığına şahid oluruq.İmza toplayanlar bu aksiyanın Lənkəranın bütün istiqamətlərində aparıldığını bildirirlər.
İnsanlar təbii ki,nəyə imza atdıqları ilə maraqlanırlar,elə biz də maraqlandıq. Peşəkar futbol liqasına,Hakimlər komitəsinə və Haikm İnspektorlar komitəsinin (PFL,HK və HİK) fəaliyyətinə etiraz edilir və bunun üçün də dövlət başçsısına eləcə də UEFA və FİFA –ya müracət göndəriləcək. Eyni zamanda “Neftçi” futbol klubunun ölkə futbolunda ədalətsizliyə səbəb olan əmllərdən öz xeyrinə yararlanan klub olduğu da orada xüsusi qeyd olunur.Bundan əlavə azarkeşləri futboldan uzaq salan işlərin bir başa stadionların boş qalmalarına hesablandığı da vurğulanıb.Azərbayacnın ən böyük azarkeş ordusuna hörmətlə yanaşılması tələb olunur.
13:30 -Lənkəranın böyük bazarı adlanan ticarət mərkəzində ,imza toplayan futbol azarkeşlərindən maraqlandıqda onlar həqiqətən də Lənkəranın ayrı ayrı yerlərində imza toplanmasının həyata keçirilməsinin təsdiq edirlər.
14:00 - Deyilənlərin həqiqət olduğunu yoxlamaq üçün Lənkəran şəhərinin dəniz kənarı ərazisinə ,stadiona yaxın əraziyə,Qalayçılar məhəlləsinə,kiçik bazara,mikrorayonlara ,Ləvəngi dairəsinə və s. yerlərə gedirik.
Məqsədimizdən xəbər tutan taksi sürücüsü pulsuz xidmət göstərmək istəyini bildirir.
Getdiyimiz hər yerdə imza toplanmasına şahid olduq.Bu aksiyanı yerinə yetirənlərin sadə lakin fəal futbol azarkeşləri olduğunu qeyd etməliyik. Gördüklərimizdən anladıq ki,bu insanlar gündəlik çörək qazanmaqdan vaz keçib ədalətsizliklərə və haqsızlıqlara etiraz edirlər.
Onu da qeyd edək ki,aksiya iştirakçıları Lənkəran əhalsinin tən yarısı qədər yəni 100.000-imza toplamaq fikrindədirlər.