www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » Oktyabr » 9 » Məmmədovlar yığıncağı...
18:51
Məmmədovlar yığıncağı...

                                                                                                                                                

                                                                                                                                                                                         Natiq Muxtarlı.

 

                                                    Kal hakimlər, qara qəpiklik söyüş.                                                        

   

  «Mənim sədrlik etdiyim dövrdə xeyli gənc hakim yetişib» -Xaqani Məmmədov ara-sıra mətbuata verdiyi açıqlamalarda bu fikirləri səsləndirməsə, işi ötmür.

«İnter» - «Muğan» oyunu göstərdi ki, komitə sədrinin hakimləri hələ yetişməyiblər, kaldılar. Gənc və perspektivli hakim Elnur Muradovun yaşı az qala 40-a çatıb. Azərbaycanda bu yaşdan sonra kiminsə nəsə öyrənəcəyinə həmişə şübhəylə yanaşıblar. Xaqani Məmmədovun «mətbuat xidmətinin rəhbəri» Elçin Məmmədov (lənət şeytana, görəsən, bunların ikisinin də soyadı nədən Məmmədovdu?) Fariz Yusifovun «Xəzər Lənkəran»la oyunda «Bakı»nın qapısına penalti təyin etməməsini düzgün addım sayır. Adam addımının düzgünlüyünü bizlərə sırımaq üçün UEFA-nı da şərləyir: «Penalti epizoduna gəlincə, orda əllə oyun yoxdu. Sanki top əli tapıb. Ötən il analoji hadisəylə bağlı epizodu UEFA-ya göndərdik və ordan cavab gəldi ki, əllə oyun olmadığı üçün penalti yoxdu. Oyunçunun əli topa dəydi. İnsan əllərini kəsməli deyil ki?».

Mən də futzal hakimi Elçin Məmmədova deyirəm ki, sankisiz-zadsız əl topun qarşısını kəsmişdi. Ay futzal hakimi, qaydalarda deyilir ki, əl aşkar şəkildə yana açılarsa və qapıya gedən topun qarşısını kəsərsə, bu, birmənalı şəkildə penaltidi. Yəqin ki, Avropa futboluna baxmırsan, ona görə belə danışırsan. Avropada futbolçular əllərini kəsmirlər, rəqib zərbə vurmağa hazırlaşarkən cərimə meydançasında olan futbolçular əllərini arxalarında gizlətməyə çalışırlar.

«Bakı»nın müdafiəçisi isə həmin məqamda kəpənək tuturmuş kimi, əllərini tamamilə yana açmışdı. Belə məqamda yazıq «Jabulani» necə edəydi ki, futbolçunun əlini tapmasın?

Tamamilə əminəm ki, Elçin Məmmədov Ramin Musayevin hikkəsi əsasında hakimlikdən uzaqlaşdırılsaydı, «Xəzər Lənkəran» - «Bakı» oyunundakı epizodla bağlı ona ünvanlanmış «filan hakim deyir ki, burda penalti yoxdu» sualına «o hakim «tupoydu» cavabını verərdi.

Kamal Quliyev də «Futbol saatı»nda deyir ki, Elnur Muradov boyunun balaca olmasından çəkinməməli, bir az cəsarətli olmalıdı. Kamal, qardaş, Elnurda kifayət qədər cəsarət var. Cəsarəti olmasaydı, bütün Azərbaycanın gözü qarşısında bazarlıq etməzdi. AFFA, PFL məmurları «Muğan»ı hamının gözü qarşısında zorladılar. Kimsə cınqırını da çıxarda bilmədi. «Bakı»nın, «Xəzər Lənkəran»ın futbolçuları 4 oyunluq cəzalandırıldığı halda, meydanda azğınlıq edən «bankir» futbolçuların gözünü püləyən də olmadı. İntizam Komitəsinin sədri Tofiq Fətullayev deyir ki, «İnter» - «Muğan» oyununun videoyazısına baxmayıb. Abırlı kişidi də, zorlama faktına baxmağı abrına sığışdırmayıb yəqin. Zorlama faktını telekanallar bütün Azərbaycana göstərməklə hamını abırsız etdilər. Fətullayev müəllimə qibtə etməmək olmur. Abrını qoruya bildiyinə görə.

Sonra da deyirlər ki, jurnalistlər yazılarda təhqirə yol verirlər, erotik ifadələr işlədirlər. Hər həftə bir komandanın ictimaiyyət qarşısında zorlanmasına şahidlik edən jurnalist necə ifadələr işlətməlidi?  

Xaqani müəllim, dədə balası, sən gəl sədrlik postundan get. Subay-salıq oğlansan, yığdığını yığmısan, qazandığını qazanmısan. Bilirəm, sənin gedişinlə Azərbaycan futbolunda, hakimliyində heç zad dəyişməyəcək. Hələ bir desən, səndən sonra gələnlər sənə rəhmət də oxutduracaqlar. Azərbaycan futbolunda dəyişiklik olması üçün «Fair Play»ə «pley-off» deyən Rövnəq Abdullayev, Elxan Məmmmədov (yenə də Məmmədov?), Ramin Musayev AFFA-dan getməlidi. Səni çox söyürlər. Onlara görə özünü niyə söydürürsən ki? Bir parça çörəyə görə söyülmək növbəsi gözləyənlər var ki, sənin gedişinin intizarındadılar.

Get, dədə balası, sən Azərbaycan futbolunda söyüşü çox ucuzlaşdırdın. İndi futbolumuzdakı söyüşün biri qara qəpiyədi. Eynən Azərbaycan futbolunun qiymətinə.

 

                                                                                                                             Mənbə:fanat.az

Bölmə: Premyer Liqa |Baxış sayı: 658 | Yazar: ISLAM |
Всего комментариев: 0
der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz