“Xəzər Lənkəran” klubu birtərəfli qaydada dörd futbolçusu ilə ayrılmaq qərarına gəlib. Bunlar Dmitriy Kramarenko, Emeka Opara, Mario Sercio Aumarante Santana (Mario Souza) və Zaur Ramazanovdur. Bu qərarı klubumuzun rəhbərliyi və yeni baş məşqçisi Mirça Rednik şənbə günü (24 iyul) “Xəzər lənkəran”ın əsas heyəti və komandanın əvəzedici heyəti arasında keçirilən yoldaşlıq oyunundan sonra qəbul ediblər.
Qeyd edək ki, həmin oyun 5:0 hesabı ilə klubumuzun əsas heyətinin xeyrinə bitib. Bu oyunda fərqlənənlər Alim Qurbanov, Xaqani Məmmədov, Zaur Ramazanov, Emeka Opara və Amid Hüseynov oldular.
Mənbə:lankaranfc.com