Yüngül məşqi tez bitirən Mirça Rednik futbolçulara istirahət
versə də bir neçə futbolçu isə öz istəyi ilə yardımçı meydançada qaldı, onlar "kvadrat” məşqini etməyə davam etdilər. Bunlar
Rahid Əmirquliyev, Alim Qurbanov, Tural Cəlilov, Amid Hüseynov, Ruslan Poladov
və Ramazan Abbasov idilər.
Bu zaman isə məşqçilər və komandanın həkim və
administratorları iki komandaya bölünərək kiçik meydançada öz aralarında futbol
oynadılar. Mirça Rednik, komandasının vurduğu 6-cı qoldan sonra tez –tez "
Katasrof, katastrof” deyərək qarşı tərəfi qıcıqlandırırdı...