Ana Səhifə» 2010»İyun»6 » ...minlərlə Lənkəranlı azarkeşdən hələ də ölkə xəbərsizdir.
18:47
...minlərlə Lənkəranlı azarkeşdən hələ də ölkə xəbərsizdir.
Premyer liqa və kubok yarışması sona çatdı və beləcə daha bir futbol mövsümü arxada qaldı.Bu futbol mövsümündə də bir çox maraqlı və yadda qalan anlar yaşandı.Ancaq maraq doğuran anların fonunda belə, futbolun inkişafından danışmaq hələ tezdir.Ən azı ona görə ki, futbola gözəllik gətirən,bu oyuna qarşı maraq yaradan,qələbə və məğlubiyyətlərə həyacan qatan və futbolu həqiqi mənada sevən azarkeşlərə bu dəfə də münasibət dəyişmədi.Stadionlar, mətbuat və s.-lər azarkeşlər üçün nəzərdə tutulsa da adları çəkilənlər tam olaraq öz funksiyalarını yerinə yetirmədilər.Hələ də bəzi informasiya vasitələrində, klubların nəzdində fəaliyyət göstərən rəsmi fan klubların üzvləri əsl azarkeş kimi təqdim olunur,onların fikirləri hətta bəzən əsas da götürülür.Bəzi klublar isə,futbola yad olan insanlara, klub atributlarını hədiyyə edərək,stadionlara dəvət edir,müvəqqəti görüntü yaratmaqla ətarfdakıları aldatmağa çalışırlar.Amma öz pulu ilə atribut alan,azarkeşlik etdiyi komandaya olan sevgisini müxtəlif vasitələrlə nümayiş etdirməyə çalışan minlərlə əsl azarkeş kölgədə qalır.Azarkeşlərdən istifadə edənlər isə, sadə azarkeşin istək və arzularından xəbərsiz olduqlarının fərqində belə deyillər.
Milli komandanın Lənkəranda keçirilən oyununda iştirak edən bütün fan klublara və bəzi futbola yadd adamlara, futbol qurumalrı tərəfindən 2000-ədəd pulsuz bilet paylanmışdı.Yerdə qalan və satışa çıxarılan 10.000-ədəd bileti isə Lənkəranlı azarkeşlər pulla aldı.Məgər o fan klublar və futbola yadd adamlar olmasaydi, oyun zamanı milli komanda dəstəksiz qalacaqdımı ? Əlbəttəki yox !
Halbuki həmin oyun üçün satışa çıxarılan biletlərdən əlavə nə qədər bilet olsaydı yenə Lənkəranlı azarkeşlər alacaqdılar.”Fırtınalar Meydanını”nda fəaliyyət göstərən və “Xəzər Lənkəran” klubunun atributlarının satışı ilə məşğul olan mağazadan qələm,çanta,köynək,şarf,bayraq və s. “Xəzər Lənkəran” atributları ilə bəzədilmiş əşyalar alan minlərlə Lənkəranlı azarkeşdən hələ də ölkə xəbərsizdir.Amma bir çox informasiya vasitələri klublar tərəfindən rəsmi və ya qeyri rəsmi şəkilədə maliyələşən fan klubları,belə fan klubların bəzilərinin rəhbərlərini reklam edir, onları əsl futbol azarkeşi kimi göstərirlər. Hansı ki, belə insanlar yalnız gəlir məqsədi güddüklərindən futbolla maraqlanır və bir müddət keçəndən sonra hansısa klublarda işlə də təmin olunurlar.Bizim ölkədə bütün hallarda sadə azarkeşlərə qarşı hörmətsizlik edilir.Ölkədə azarkeş anlayışı hələ də tam olaraq dərk edilməyib və azarkeşlərə münasibət dəyişmədiyi üçün futbolumuz haqda danışanda heç bir inkişafdan söz salmaq olmaz.Əsl futbol azrkeşləri,futbolumuzda söz sahibi olanların bu oyuna sevgi ilə yanaşmalarını istəyirlər.Bunu anlamaq üçün isə öz işində peşəkar olmaq lazımdır.Bir çoxları, azarkeşləri komandaya lazımi qədər dəstək verməməkdə,aktiv olmamaqda suçlayırlar,lakin həqiqi futbolsevərlərə tərəf addım atılmadıqda belə olacağını bilməli idilər.Atılan addımlar isə futbola,klubun adına,komandaya sevgi ilə yanaşmaqdan başlayıb,qarşılıqlı hörmətə əsaslanmalıdır ki,hər futbol mövsümündə ilk addımı yenə azarkeşlər atırlar,cavab isə hər dəfə geçişir.
Fan klublara yardım etmək və fan klub üzvləri ilə görüşlər keçirmək, ümumi azarkeş kütləsinə xoş münasibət göstərmək kimi qələmə verilməməlidir.Çünki fan klublara ünvanlanan yardımlar maddiyyatla bağlıdır,əsl azarkeş sevgisi isə qayğıya möhtac olmadığı kimi, minnətə də layiq deyil.