Ana Səhifə» 2010»Noyabr»24 » Mirça Rednikin gizli silahı – metodiki hazırlıq...
20:46
Mirça Rednikin gizli silahı – metodiki hazırlıq...
Mirça
Rednikin gizli silahı – metodiki hazırlıq...
"Xəzər
Lənkəran” komandasının futbolçuları noyabrın 21-də "Fırtınalar Meydanı”nda "Muğan”la oyundan sonra bir günlük istirahətə
buraxılmışdı.
Noyabrın 23-də bir araya gələn futbolçular bir
saatlıq məşqdən sonra yenidən istirahət ediblər.
Noyabrın
24-də komanda bir neçə zədəli futbolçu
istisna olmaqla bütün heyətlə məşq edib.
Axşam saatlarında komandaya yaxın mənbə ilə əlaqə saxlayıb məlumat əldə etdik
ki, axşam saat 20:00-dan başlayaraq futbolçular "Bakı” ilə
oyun öncəsi məşqçilər korpusunun metodiki tapşırıqları ilə tanış olurlar. Azərbaycan
futbolunda ilk dəfə bu metodiki dərsləri Mirça Rednik tətbiq edir. Bu vasitə
ilə məşqçilər korpusu, futbolçuların da rəyi
nəzərə alınmaqla rəqib komandanın zəif yerləri təyin edir. Komandanın növbəti səfər
oyunu öncəsi rəqib komanda bütün xırdalıqları ilə analiz edilir. Nəzəri cəhətdən
hazırlanmış planın tətbiqi ilə sabah səhər məşqinin bir hissəsi keçiriləcək. Məşqin ikinci yarısı fiziki
hazırlıq və ənənəvi taktiki plana uyğun davam edəcək.