www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » İyul » 21 » Mirça Rednikin "Xəzər Lənkəran”la iknci günün məşqi
01:12
Mirça Rednikin "Xəzər Lənkəran”la iknci günün məşqi
Iyulun 20-də, Mirça Rednikin "Xəzər Lənkəran”la ikinci günün məşqi keçirildi. Axşam məşqi Zabrat qəsəbə stadionunda saat 18:30-a planlaşdırılmışdı. Məşq elə planlaşdırıldığı vaxtda da başladı.
*
İyulun 19-dakı məşq kimi futbolçular meydanı dövrə vuraraq, isinmə hərəkətləri etdilər. Sonra "fişka”lar düzüldü və topsuz hərəkətlərlə onların arasında irəli-geri, sağa-sola və s. müxtəlif hərəkətlər edən futbolçulara azacıq dincəlmə imkanı verildi. Ümumiyyətlə hava çox isti olduğundan məşq boyu baş məşqçi futbolçulara tez-tez kiçik dincəlmə imkanı verir və su içib sərinlənmələri üçün şərait yaradırdı.
*
Sonra məşq, həndbol tipli xarakterdə davam etdi ki, bunun üçün də umumi komanda iki ayrı-ayrı hissəyə bölünmüşdü. Təxminən iyirmi dəqiqə davam edən bu məşqdən sonra, yenə ikitərəfli amma qapısız, futbol oynandı ki, bunda da məqsəd futbolçuların tez və bir-birlərinə dəqiq ötürmə etmələri üçün idi. Bunu qeyri-dəqiq ötürmələr zamanı M. Rednikin bərkdən qışqırmasından da başa düşmək olurdu.
*
Yenə azacıq fasilədən sonra, təxminən 1/3 qədər "qısaldılmış meydançada” ikiyə ayrılmış komanda üzvləri futbol oynadı, xoş mənada səs-küylü keçən bu futbol oyunu, oyunçuların yüksək əhvalından xəbər verirdi. Məşq prosesi bütün komanda heyətinin birlikdə meydanı yüngül qaçışla dövrə vurması ilə yekunlaşdı ki, finişə çatdıqda bütün komanda əl çalmaqla öz bugünki məşqlərini alqışlamış oldular.
*
Onu da deyək ki, dünən olduğu kimi K. Kabral, E. Opara meydanboyu qaçışla kifayətlənməli oldular. K. Ağayev isə bu gün qismən məşqlərə qoşulmaqla, deyəsən zədəsinin ciddi olmadığını sübut etməyə çalışdı.
*
Məşq yekunlaşdıqda "Bosman” fanklubunun üzvləri Mirça Rednikə yaxınlaşdılar. Tərcüməçi vasitəsilə ayaqüstü qısa söhbətləşmə zamanı, tərcüməçi "Bosman” fankubu haqda məlumat verdi. M.Rednik bundan çox şad olduğunu dilə gətirdi və nə vaxt fanklubun toplantısı olsa onu da dəvət etməyimizi xahiş etdi, həvəslə iştirak edəcəyini vurğuladı. Eyni zamanda fanklubumuz adından və bütün "Xəzər Lənkəran” azarkeşlərinin də ondan çox şey gözlədiyimizi söylədik. Həm baş məşqçi ilə birlikdə şəkil çəkdirib və həm də Mirça Rednikin "Xəzər Lənkəran” formasında ilk fotoşəklini çəkərək saytımızda ilk olaraq təqdim edirik.
*
Mənbə:bosman.at.ua
Bölmə: |Baxış sayı: 530 | Yazar: 12cioyuncu |
Всего комментариев: 0
der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2022
Используются технологии uCoz