"MOİK
– "Xəzər Lənkəran” oyununda komandamız qələbə qazanmağa borcludur. Eyni zamanda, rəqib komandanın futbolçularının əzmkarlıqla
mübarizə aparacağı yəqinləşib deyə biz xal qazana bilməyəcəyimizdən qorxmamalıyıq.
Çünki, MOİK komandası turnir cədvəlindəki yeri ilə indiyə qədər nəyə qadir olduğunu göstərmişdir.
Eyni ilə "Xəzər Lənkəran” komandası da turnir cədvəlinə liderlik etdiyinin təsadüfdən
olmadığını hətta zəif rəqiblə olsa belə nümayiş etdirməlidir.
Gəncə şəhər stadionunda keçiriləcək "Gəncə” – "Neftçi” oyununun hansı hesabla nəticələnəcəyindən
asılı olmayaraq, "Xəzər Lənkəran”
minimal hesabla olsa da MOİK üzərində
qələbə qazanmalı və ilin son oyununda "Qarabağ”a qarşı xüsusi motivasiya ilə
çıxmalıdır. Oyunun baş hakimi Rauf Cabbarov da diqqətdən yayınmamalıdır. Hələ
ötən mövsüm "Xəzər Lənkəran” və "Muğan” klublarının əvəzediciləri arasında Lənkəranda keçirilən oyunda onun hansı oyunlardan
çıxması unudulmayıb...
Əgər
bu dəfə qərəzsiz və ədalətli hakimlik olarsa komandamız uğurlu nəticə ilə
Lənkərana dönə bilər.
İnanırıq
ki, Şəfa” stadionunda futbolçularımıza dəstək olacaq azarkeşlərə və Lənkərandakı minlərlə azarkeşə 90-dəqiqənin sonunda qələbə
sevincini bölüşmək qalacaq.
Uğurlar
sənə "Xəzər Lənkəran” !
|