| Mətbuat konfransında 
   
 Premyer Liqanın XVIII turunda "Xəzər Lənkəran"
səfərdə MOİK klubunu müdafiəçi Elvin Begirinin dublu sayəsində 2:0 hesabı ilə
məğlub edərək yenidən turnir cədvəlində liderliyi ələ keçirdi. 
   
 Mirça Rednik, "Xəzər Lənkəran" klubunun baş
məşqçisi: "Komandamız ilk hissədə daha yaxşı oynadı, lakin ikinci hissədə
MOİK oyunu bərabərləşdirdi. Emeka Opara və Katalin Doman kimi futbolçulara bu
oyunda oynamaq şansı verdik. Gələn tur "Qarabağ"la çətin oyunumuz
var, artıq bu oyuna hazırlaşacağıq". 
   
 Ramil Əliyev, MOİK klubunun baş məşqçisi: "Bu gün
çempionatın liderinə qarşı oynadıq. "Xəzər Lənkəran" oyunu ilə sübut
etdi ki, liderliyə layiq komandadır. Bizə demək olar ki, qol imkanı vermədilər.
Hesab açılana qədər oyunu əks-hücumlar üzərində qurmaq istəyirdik. Növbəti tur
səfərdə "Simurq"la qarşılaşacağıq. Artıq sabahdan bu oyunun
hazırlıqlarına start verəcəyik". 
   
   
 PROTOKOL 
   
  Premyer Liqa, XVIII
tur  
 MOİK  - "Xəzər
Lənkəran" 0:2 
 18 dekabr 2010. Saat 17:00.  
 "Şəfa” stadionu. 2100 tamaşaçı 
 Baş hakim: Rauf Cabbarov 
 Baş hakimin köməkçiləri: Aydın Ələkbərov, Rza Məmmədov 
 Dördüncü hakim: Teymur Fərhadov 
 AFFA nümayəndəsi: Vaqif Davudov 
 Hakim-inspektor: Fazil Mürşüdov 
 Qollar: Elvin Begiri, 26; 39 
 Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 2 dəq.  
   
 MOİK 
   
 12. Davud Kərimi 
 4. Vüqar Əsgərov 
 6. Emin Mustafayev 
 7. Cavidan Ağayev 
 (2. Rəşad Hacızadə, dəq.46) 
 13. Fərid Həşimzadə (k) 
 16. Nicat Tağıyev 
 (17. Orxan Babayev, dəq.60) 
 18. Rəfael Qəvami 
 (11. Zaur Məmmədov, dəq.74) 
 19. Nuran Qurbanov 
 21. Natiq Əkbərov 
 24. Ramil Əliyev 
 26. Ruslan Hüseynov 
   
 Ehtiyat oyunçular: 
   
 22. Taryel Hüseynov 
 3. Ramid Nəsirov 
 5. Ceyhun Adışirinov 
 14. Cavid Rəhimov 
   
 Baş məşqçi: Ramil Əliyev 
   
 "Xəzər Lənkəran” 
   
 1. Kamran Ağayev (k) 
 2. Elnur Allahverdiyev 
 3. Elvin Beqiri 
 6. Adrian
İordaçe 
 8. Konstantin Arbanas 
 11. Asif Məmmədov 
 (55. Tural Cəlilov, dəq.79) 
 12. Allan Lalin 
 14. Rahid Əmirquliyev 
 18. Alim Qurbanov 
 (30. Katalin Doman, dəq.66) 
 20. Amid Hüseynov 
 (15. Emeka Opara, dəq.62) 
 21. Radomir Todorov 
   
 Ehtiyat oyunçular: 
   
 31. Deniss Romanovs 
 7. Ruslan Poladov 
 17. Ramazan Abbasov 
 29. Fikrət Ulduzlu 
   
 Baş məşqçi: Mirça Rednik |