www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2009 » Oktyabr » 3 » Mətbuatın və futbol qurumlarının maraqları üst-üstə düşür.
18:58
Mətbuatın və futbol qurumlarının maraqları üst-üstə düşür.
Mətbuatın və futbol qurumlarının maraqları üst-üstə düşür.
Ölkə futbolunda azarkeşlərlə bağlı məsələlər müzakirə olunanda “satqın mətbuat” öz iç üzünü göstərir.AFFA-nın və PFL-in çörəyini yeyən jurnalistlər “ayağı sürüşkən” qadına bənzəyirlər.Futbol qurumlarının azarkeşlərlə rpoblemi yaranan kimi,dərhal ölkənin futbol jurnalistikası azarkeşlərə qarşı təbliğati işlərə başlayır.Bu fikirləri sübut etmək üçün əlimdə nə xüsusi sənəd nə də video materiyal yoxdur.Amma vicdanı olan insanlar mənim yazdıqlarımın bu vaxta qədər baş verən hadisələrə məntiqi qiymət verilməsi kimi qəbul edəcəklər.Yazını da vicdanlılar üçün nəzərdə tutmuşam və onlarla da fikirlərimi bölüşmək istəyirəm,vicdansızlar onsuz da razılaşmayacaqlar,ona görə də oxumasalar daha yaxşı olar.
Qızıl oyunda “Xəzər-Lənkəran”ın vurduğu qoldan sonra matəmə bürünmüş, ardıyca isə “Neftçi”nin qollarından dərhal sonra ekranda qool sözlərini göstərən Aztv-nin müəmmalı hərəkəti ilə başlayan “əxlaqsız qadın”a məxsus jestlər sonrakı alçaqlıqlara start verdi.Sissoko Lənkəran azarkeşlərinə əxlaqsız jestlər göstərəndən sonra mətbuat öz əxlaqını göstərərək onu müdafiə etdi.Özlərinə bab olanı tapmışdılar axı.Bizi irqi ayrıseçkilikdə günahlandıranların vicdanı təmiz ola da bilməzdi.
Adəti üzrə paytaxt klublarının topla rəftarı bilməyən futbolçularından aldıqları müsahaibələrlə səhifələrini dolduran qəzetlərin, “Xəzər Lənkəran” azarkeşlərini stadionlara pulla aparılan adamlar kimi qələmə verməsi silsilə yazılarla davam etdi. Polşanın “Lex” komandası ilə oyundan sonra guya Lənkərandan Bakya 100-sayda avtobusla klub tərəfindən azarkeş aparılması kimi cəfəngiyyat yazan mətbuat indi kimi aldatmaq istəyir ? Məncə elə o vaxt aldada bildiklərini .Məhz həmin gün Lənkərandan cəmi 2 - avtobus paytaxta yollanmışdı,biri “Xəzər Lənkəran” klubunun hesabına resmi fan klubun idi, digəri bizim o vaxtkı “12-ci oyunçu” fan klubunun üzvlərinin öz hesabına.Yerdə qalan azarkeşlər də öz hesablarına müxtəlif nəqliyyat vasitələri ilə yol qət etmişdilər.Ertəsi gün isə bütün mətbuat yalan yazdı və Lənkəranlı azarkeşləri öz yalanları ilə təhqir etdi. Keçən il “Xəzər Lənkəran”ın “Neftçi” ilə Lənkəranda keçirilən oyununda PFL-in prezidenti, azarkeşlərin bilet alaraq stadiona daxil olmasını öz gözləri ilə gördükdən sonra azarkeşlərin stadionlara pulla gətirilmədiyini yəqinləşdirərək, o vaxta qədər Lənkəranlı azarkeşlər haqda yanlış fikirdə olduğunu etiraf etmişdi.Bu yanlış fikirləri yayan mətbuat, məsuliyyət daşıyırdı.İllər boyu haqqımızda yalan və iftira yazan mətbuat indi də haqqımızda vəhşi azarkeş təbliğatı aparır.Azərbaycan futboluna mətbuatın vurduğu zərbə,inkişafa doğru gedən yolda əngəl olan iki səbəbdən biridir.Birinci səbəb futbol qurumlarıdır ki, bu onların səriştəsizliyindən irəli gəlirsə,mətbuat ikinci səbəb olaraq, bilərəkdən inkişafa qarşı çıxır və bu zaman futbol qurumlarından müxtəlif formalarda maddi cəhətdən yararlanır.Özünü necə deyərlər bərk gedən jurnalist sayanların,futbol başbilənləri haqda yazmaqla və ya yazmamaqla əldə etdiklərini azarkeşlər az bilmirlər.Qəzetlərin satışından onlar o qədər qazanc əldə edə bilməyəcəkdilər axı !?
İdmanı işıqlandıran internet saytlarının əməkdaşları yaxalarını kənara çəkməsinlər,onların haqqında da danışılası çox şey var...
“Xəzər Lənkəran” – “Muğan” (əvəzedici heyyətlərin oyunu).
Bu oyundan bir neçə gün əvvəl azarkeş klubumuzun təşkilat komitəsi gənclərimizə dəstək olaq adlı layihəni həyata keçirməyə qərar vermişdi.Layihənin həyata keçirilməsində ilk addım kimi “Xəzər Lənkəran”ın əvəzedicilərinin ev oyunlarına azarkeş marağını artırmaq məqsədi ilə 25-sentyabr tarixində keçirilən oyun üçün afişalar hazırlamaq qərara alındı.Oyunun keçirilmə vaxtı,bu oyuna qədər həmişə saat 17:00-da olduğuna görə afişalarda da eyni vaxt göstərildi.Amma oyunun başlanmasına yalnız 2-saat qalmış həm bütün azarkeşlər,həm də əvəzedici heyyətin futbolçuları oyunun başlanma vaxtının 16:00-da olduğunu bildi.Bu səbəbdən oyuna tamaşa etmək üçün planlaşdırılan 2000-azarkeş deyil,1000-azarkeş toplandı. Oyunda azarkeşlərin dəstəyinin mütəşəkkil olması məqsədi ilə oyuna gedərkən özümüzlə baraban da apardıq.Oyun zamanı azarkeşlərin çılğınlıqla komandaya dəstək verməsindən və hakimlərin səhv qərarlarına etiraz etməsindən başqa heç bir hərəkətə yol verməmələrini qeyd etmək lazımdır.Bütün oyun boyu azarkeşlər tərəfindən meydana yad əşya atılmadı və heç bir xöşa gəlməz hərəkət olmadı.Oyun bitəndən sonra isə yerli komandanın baş məşqçisi və futbolçularının etirazında da hakimlərə zor tətbiq olunmadı.Onlar hakimlərə kəskin şəkildə də olsa danışaraq etiraz edirdilər.Bunu görən azarkeşlər getdikcə meydançanın kənarına yaxınlaşır və hadisələrin mərkəzində olmağa çalışırdılar.Başqa cür ola da bilməzdi.Lənkəran olimpiya kompleksini görənlər bilirlər ki,oyun bitəndən sonra tribunaları tərk edən azarkeşlər yalnız bu yolla oranı tərk edə bilərlər.Əks tərəfdə olan qapı bağlı olarsa həmin gün də belə idi.Meydançanın kənarına yaxınlaşan kütlənin içindən bir neçə şəxs hakimlərə zərbələr endirməyə çalışdı və istəklərinə çatdılar ki,onların azarkeş olmamasını əminliklə demək olar. Futbola gedən müəyyən sayda, xüsusən də bu hadisədə 1000-nəfərin arasında futbola yad və ya təsadüf adamların,hətta araqarışdırmaq məqsədi ilə futbola gedənlərin ola bilməsi mümkündür. Bu halda da 4-nəfər azarkeş kimi tanınmayanların hərəkətinə görə ilk olaraq mətbuat bütün azarkeşləri vəhşi adlandırdı.Daha sonra AFFA-nın İntizam komitəsi bu fikirlərə oxşar olan və hakim protokolunda qeyd olunanlara əsasən qərar çıxarır.Baş verən hadisə nə hakim protokolunda nə də mətbuatda düzgün ifadə olunmamışdı.Həqiqətdən kənar mövqe tutan futbol qurumları ilə mətbuat beləcə mövqe uyğunluğu ilə yaxınlaşdılar.Onlar birləşdikcə və azarkeşlər günahkar sayıldıqca necə deyərlər kül olur futbolumuzun başına.
Bölmə: |Baxış sayı: 744 | Yazar: ISLAM |
Всего комментариев: 0
der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz