Ana Səhifə» 2009»Dekabr»30 » Mübariz Mənsimov- son beş ilin futbol adamı seçildi.
02:52
Mübariz Mənsimov- son beş ilin futbol adamı seçildi.
Mübariz Mənsimov- son beş ilin futbol adamı. Azərbaycan futbolunda son illər baş verən dəyişikliklər və yeniliklər hesabına futbolumuzda müəyyən nailiyyətlər əldə olunmuşdur. AFFA -nın tənzimlədiyi ölkə futbolunda,premyer liqa adlanan milli çempionatın PFL tərəfindən keçirilməsindən tutmuş digər tətbiq olunan yeniliklər futbola peşəkarcasına yanaşma yolunda atılan addımlar sayıla bilər.Bir neçə bölgədə stadionların inşası,yeni yaranan klublar,əvəzedicilərin və aşağı yaş qrupların çempionatının təşkili,yerli klublara səviyyəli legioner futbolçuların transferləri, milli komandanın baş məşqçi postunda dünya futbolunda tanınmış simaların görünməsi və s. məqamları qeyd etmək olar.Belədə idman mətbuatının da futbolda yerini tutmasına şərait yaranır və bəzən elə hallar olur ki,mətbuat hər hansı bir hadisəyə münasibət bildirib təsir göstərərək həqiqətin üzə çıxmasında maraqlı olur.Bu da ümumilikdə futbolumuzun inkişafına xidmət etmiş olur. Yerində sayan, arabir qısa müddətli təsadüfi və yadda qalmayan uğurlar qazanan,2004-cü ildən isə inkişafa doğru canıanan ölkə futbolunun birdən birə sıçrayışı “Xəzər Lənkəran”ın yaranması ilə üst-üstə düşdü,daha dəqiq desək elə onunla da başladı. Məhz 2004-cü ildə futbolumuzda maraqlı hadisələr baş verdi.Həmin illərdə “Xəzər Lənkəran”la yanaşı bir neçə klub yaransa da cənub təmsilçisi digərlərini arxasıyca aparmaq gücündə olduğunu sübut etdi.İlk olaraq Azərbaycanın ən gözəl stadionunun inşasına başlandı,sonra futbola pul xərclənməsinin bizlər üçün fantastik göstəriciləri meydana şıxdı və şok effekti yaradan transferlər edildi.Yüksək məbləğə gətirilən əcnəbi futbolçularla yanaşı, yerli futbolçuların da “qiyməti” qalxdı.Bütün bunlar isə rəqabətə zəmin yaratdı.Digər klublar məcbur olaraq “Xəzər Lənkəran”la ayaqlaşmağa çalışırdı,düzdür bu işdə digər klublar axsayırdılar,amma ümumi işin xeyrinə addımlar atmağa məcbur olduqca futbola yaranan maraq hesabına stadionlara azarkeş axını başlandı.İdman mətbuatının inkişafı başladı və ard-arda idmanı və əsasən də futbolu işıqlandıran internet saytları və qəzetlər yarandı.Ölkə futboluna maraq yarandıqca “Xəzər Lənkəran”ın bu işlədə rolu daha qabarıq görünürdü və hətta gəmiçilərin əleyhdarları da bu faktı təsdiqləməli olurdular.Bir dəfə çempiontın gümüş medalını qazanan “Xəzər Lənkəran”,iki il sonra həm çempionluğun qızıl medalına həm də kuboka sahib çıxdı.Daha sonra isə yalnız kubokla kifayətlənən “Xəzər Lənkəran” iddialılar siyahısına başçılıq etdi. MDB kubokunu qazanmaqla cənub klubu Azərbaycan futbolunun təkcə “Neftçi”də qapanması fikrini darmadağın etdi və yeni dövrün başlanğıcını qoydu.Gəncədə keçirilən qızıl oyunda iştirak etmək üçün, evakuasiya zamanı tətbiq olunan insan köçürülməsini həyata keçirərək 15.000-futbol azarkeşini bir günə ölkənin cənubundan qərb istiqamətinə aparmasını təşkil etməklə “Xəzər Lənkəran” tarixə düşdü.Bu işdə Lənkəran klubu, dövlətdən maliyələşən və dövlət təşkilatlarının hər vəclə dəstəklədiyi “Neftçi” klubunu üstələyərək,stadionda azarkeş sayına görə rəqibə dərs keçdi. “Xəzər Lənkəran” son dövrlər inşa olunan bazasına görə liderlik hüququnu əlində saxlayır və “Fırtınalar meydanı” adlanan stadionu və bu stadionu coşduran çılğın azarkeşləri ilə də cənub təmsilçisinin Azərbaycanda rəqibi yoxdur. Braziliya,Bolqarıya və digər ölkələrdən, xüsusən də Türkiyədən gətirilən legionerləri ilə hamını heyrətləndirən, “Xəzər Lənkəran” Azərbaycanın ən səs-küylü və ən bahalı transferləri həyat keçirən klub olaraq birinci pillədə qalır. Futbola vəsait yatırımın həddinə görə “Qafqazın Çelsisi” adlandırılan “Xəzər Lənkəran” futbolumuza maraq və gözəllik gətirdi.Azərbaycanda ilk dəfə ölkə xaricindən və konkret olaraq “Palmli şirkətlər qrupu” tərəfindən maliyyələşdi. Maliyyə mənbəyi şəffaf göstərildi. “Palmali şirkət qrupu”nun prezidenti və “Xəzər Lənkəran” klubunun fəxri prezidenti olan Mübariz Mənsimov vətənpərvərliyi və yurdsevərliyi ilə yanaşı Azərbaycan futbolununun inkişafında müstəsna rolu ilə də futbolumuzda öz yerini müəyyənləşdirdi.Tez bir zamanda minlərlə insanın sevimlisinə çevrildi.”Fırtınalar meydanı”n azarkeş tutumundan daha çox tərəfdara malik olması, “Xəzər Lənkəran” klubunu Azərbaycan futbolunun markasına çevirdi. Həmin on minlərlə azarkeşin sevimlisi olan Mübariz Mənsimov isə “Xəzər Lənkəran”ın sevgidən yarnamsını dəfələrlə dilə gətirməklə eyni zamanda , gördüyü işlərlə də bunu əməli olaraq sübut edə bilmişdir.Azərbaycan futbolunun inkişafa doğru dönüşü məhz onun adıyla bağlıdır.Futbolumuzda son illərdə baş verənlərə nəzər saldıqda Mübariz Mənsimovun adının, futbolun inkişafı və tərəqqisi üçün çəkilən zəhmət,sərf edilən külli miqdarda vəsait və nail olunan uğurlarla yanaşı olması diqqətdən yayına bilməz.
Bütün bunaları nəzərə alaraq “12-ci oyunçu” azarkeş klubu,Mübariz Mənsimovu 2004-cü ilin sonlarından başlayaraq, 2009-cu ilin sonuna qədər dövr ərzində Azərbaycan futbolunun inkişafı üçün gördüyü işlərə görə,son beş ilin futbol adamı elan edir. “12-ci oyunçu” azarkeş klubu təşkilat komitəsinin rəhbəri: İslam Cabbarlı. 30.12.2009.