“Flaqman sözü Azərbaycan dilində” adlı müsabiqə davam edir. Müsabiqənin çox sadə şərtləri vardır.İştirakçılar elmi əsaslarla sübut etməlidirlər ki,”Neftçi” futbol klubuna “Flaqman” demək Azərbaycan dilinə xələl gətirmir.Azarkeş klubunun elan etdiyi bu müsabiqəyə qatılaraq yazılarını təqdim edənlərin sayı da az deyil.Onların arasından daha maraqlı yazıları seçib mütəmadi olaraq saytımızda təqdim edəcəyik.Belə yazılardan birinin müəllifi 16 yaşlı şagirddir.Onun yazısını olduğu kimi təqdim eidirk.Salam,mənim 16-yaşım var.Adım Namiq,soyadım Həsənlidir.”Xəzər Lənkəran” komandasına azarkeşlik edirəm.”Neftçi” futbol klubuna “Flaqman” deyilməsi haqda mənim də müəyyən fikirlərim var.”Flaqman” sözü Azərbaycan dilinə yad sözdür, amma mən sübut etməyə çalışacağam ki,”Neftçi”yə “Flaqman” demək olar.
Yabançı dildə işlədilən “Flaq”- bayraq və “man”- daşıyıcı kişi deməkdir.Belə demək mümkünsə, “İngilis bayrağını daşıyan kişi” deməkdir.Mənim böyüklərdən eşitdiyimə görə bir sözü deyib başqa əməllərə sahib olanlara və vəziyyətə uyğun dəyişənlərə “ingilis bayrağı” deyirlər.Yəni,hər hansı vəziyyətdə dəyişkən fikrlilərə mailk olan insanlara və ya insanlar toplusuna da:- “ingilis bayrağıdır,külək hansı tərəfə əsirsə o da həmin tərəfə yellənir”- deyirlər.Azərbaycanda futbol yarışmasını təşkil edən PFL bəzən öz istədiyini, bəzən də AFFA-nın istədiklərini edir.Əvvəlcə PFL –in rəhbərləri oyunların nəticələrini qabaqcadan həll edirlər,işlər alınmadıqda isə vəziyyət dəyişərsə AFFA-nın qərarlarını səssiz qəbul edirlər.Azərbaycan futbolu elə mənim gördüyüm qədər də İngilis bayrağıdır. Bu bayrağın daşıyıcısı da “Neftçi”dir desəm yəqin kimsə inciməz. Mən bu sözləri yazmaqla kimlərisə təhqir etmək istəmirəm ,amma elə futbola marağım vasitəsi ilə öyrənmişəm ki,”Neftçi”: futbol klubu “Flaqman” sözünə tam uyğun gəlir.Yəni bizim reallığımıza görə Azərbaycan futbolunun ingilis bayrağı adlandırılması məsəli kimi “Neftçi”nin də “Flaqman” adlandırılmasında səhv heç nə yoxdur.Belə futbolun belə də bayraq daşıyıcısı ,yəni “Flaqman”ı olar.
Xahiş edirəm ki,azarkeş klubunun təşkilat komitəsi məni müsabiqənin qalibi elan etsin və mənim sübutlarla əsaslandırdığım fikirlərimi saytda təqdim etsin.
Həsənli Namiq. 29.03.10.