www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2009 » Oktyabr » 6 » Məzunlar Fazil Əsədovun bagışlanmasını istəyir.
21:16
Məzunlar Fazil Əsədovun bagışlanmasını istəyir.
Məzunlar Fazil Əsədovun bagışlanmasını istəyir.
Hörmətli Rövnəq müəllim! Biz, Lənkəran şəhər 10 saylı orta məktəbin 1992-ci il məzunları AFFA prezidenti olaraq sizə müraciət edib, Unibank Premyer liqasının əvəzedici komandalarının çempionatında 5-ci tur çərçivəsində keçirilən “ Xəzər Lənkəran”- “ Muğan” matçında baş verən hadisələrdən sonra AFFA Nizam İntizam Komitəsinin çıxardığı qərəzli qərardan təəsüfləndiyimizi bildiririk. Belə ki, qərarda deyildiyi kimi ehtiyat oyunçular skamyasından qovulduqdan sonra azarkeşlərin arasında oturmayan və azarkeşləri təxribata çəkməyən cənub klubunun baş məşqçisi Fazil Əsədov ( bunu subut edən videolent var) əsassız olaraq iki illiyə futboldan uzaqlaşdırılıb. Fazil Əsədov bizim təhsil aldığımız illərdə “bədən tərbiyə” müəllimiz olub. O bizə heç vaxt meydanda hakimlə mübahisə etməyi azarkeşləri təxribata çəkməyi tədris etməyib. Əksinə məhz onun və Əsədov kimi vətənpərvər müəllimlərimizin aşıladığı tərbiyə sayəsində biz məzunlar parta arxasından durub Qarabağa, Vətən torpaqlarının müdafiəsinə yollanmışıq. Hər dəfə məzuniyyətə gələndə bizimlə görüşən Fazil müəllim problemlərimizlə maraqlanıb bizi qələbə kökündən ayrılmamağı tapşırıb. Azərbaycanın keçmiş tanınmış futbolçusu, ilk dəfə UEFA turnirlərində iştirak edən və Azərbaycan çempionatlarında ən çox qol vurmuş lənkəranlı Fazil Əsədov bu gün azərbaycanın ən gənc və perspektivli məşqçilərindən biri və birincisi sayılır. Onun haqqında çıxarılan əsassız, birtərəfli və qərəzli qərar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin idmana və gənc mütəxəssislərə ayırdığı diqqətlə qayğıya tərs mütənasibdir. Biz inanmaq istərdik ki, məhz siz AFFA prezidenti kimi məsələyə yenidən baxıb Fazil Əsədovun əfv olunmasını təmin edəcəksiniz. Biz buna inaniriq!
Müraciəti imzalayanlar: Nazim Əsədov
Famil Əhmədov
Nəsimi Həsənov
Elşən Cəbiyev
Hikmət Hüseynov
Anar Məmmədov
Elşən Ağayev
Samid Abbasov
Azər Bağırov
İlkin Məmmədov
Xalid Səlimli
Nazim Səmədov
Bölmə: |Baxış sayı: 1056 | Yazar: ISLAM |
Всего комментариев: 0
der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz