Ana Səhifə» 2010»Aprel»17 » Nə gündəsən,ölkə futbolu.
15:27
Nə gündəsən,ölkə futbolu.
Peşəkar futbol liqasının rəsmi internet saytının verdiyi məlumata görə Premyer Liqanın XXVIII turunun üç oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq.Bu oyunların hamısının ilk altılıqda yer alan komandaların arasında keçirilən matçlar olduğunu düşünənlər yanılırlar.Beləki, premyer liqanın oyunlarının yayım hüququna sahib olan dövlət televiziyası növbəti dəfə qeyri adi addım ataraq özbaşınalıq kompaniyasını davam etdirir.Beləcə bu dəfə də "Qarabağ" - "Bakı" və "Neftçi" - "İnter" matçlarını canlı yayımlayan İdman Azərbaycan kanalı ,çempionluq uğrunda mübarizə aparan "Qəbələ" - "Xəzər Lənkəran" cütlüyünün oyununu unudaraq əvəzində "Standard" - "Olimpik-Şüvəlan"matçını yayımlayacaq.Bu onu göstərir ki, "Xəzər Lənkəran" a qarşı növbəti plan hazırlanıb.Yəqin ki,bu dəfə də PFL və hakimlər komitəsinin planında dövlət televiziyasının öz rolu vardır. "Qarabağ" və "Neftçi" ni hər vasitə ilə digər klublardan üstün tutaraq bu iki komandanın oyunlarını daha çox canlı yayımlayan İdman Azərbaycan kanalı ayrıseçkilik edir.Bununla hara gedirik ?
Azərbaycan futbolunda ayrıseçkiliklər,iyrəncliklər,rəzilliklər davam edir. Hörmətli azarkeşlər əgər bu oyunda da komandamızın qolları hesaba alınmasa,qapımıza ofsaytdan qol vurulsa və ya qapımıza şübhəli penalti təyin olunsa,futbolçularımıza lazımsız yerə sarı və hətta qırmızı kart göstərilsə təəcüblənməyin.Amma bununla belə komandamız bu ayrıseçkiliyə cavab olaraq daha güclü çıxış etməli,qələbə ruhu ilə mübarizə aparmalı və nəyin bahasına olursa olsun qələbə qazanmalıdır.