www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » Noyabr » 22 » "Neftçi" bizim əzəli rəqibimizdir.
22:28
"Neftçi" bizim əzəli rəqibimizdir.


Noyabrın 22-də saytımızın e-mail ünvanına məktub daxil olub. Məktubda Fərasət Sanbal adlı bir azarkeşin "Neftçi" futbol klubu barədə fikirləri yer alıb. Məktubu nöqtə vergülünə toxunmadan olduğu kimi təqdim edirik. Onu qeyd edək ki, yazıdakı fikirlərə görə saytımız məsuliyyət daşımır.

"Neftçi”  klubu ölkəmizin ən köklü futbol klubudur.

 Azərbaycan futbolunun tarixi uğurlarının əksəriyyəti demək olar ki, bu klubla bağlıdır. Əbəs yerə deyil ki, "Neftçi” futbol klubunun uğurları üçün müəyyən qədər əmək sərf edəndən sonra ölkənin futbol qurumlarında rəhbər vəzifələrdə çalışmaq mümkündür.

Paytaxt Bakını təmsil edən klubun minlərlə azarkeşi vardır ki, onlar Azərbaycanın elitar azarkeş kütləsi sayılır. Bu yüksək mədəniyyətə mailk insanlar ölkənin daxili turnirlərində komandanı dəstəkləməyi bir o qədər də sevmirlər. Lakin avroliqa turnirlərində komandanı tək qoymurlar.

Bəzən onlara milli komandanın azarkeşləri də deyirlər.

Fan klub cəhətdən də "Neftçi” hamıdan irəli gedə bilmişdir. 1999-cu ildə ədlyyə nazirliyində dövlət qeydiyyatından keçən ilk fan klubu yaradaraq ölkə futbolunda fanat hərakatının pioneri olmuşlar. Hal hazırda da "Neftçi” fanatları ölkənin digər klublarının fanatlarına öz davranışları və mədəniyyəti ilə örnək ola bilirlər...

Hətta fan klub bu illər ərzində qeyri rəsmi olaraq klub tərəfindən maliyyələşdiyini gizli saxlaya bilmişdir. Fan klub üzvlərinin demək olar ki, böyük əksəriyyəti paytaxt sakinləri deyil. Digər bölgə və rayonlarımızdan olan yeniyetmələrdən ibarət fan klub çox fəaldır. Ölkənin fanat hərakatına Avropasayağı davarnış bəxş edən "Neftçi” fanatları, stadionlarda rəqib klublar barədə şüarlar səsləndirərkən bəzən daha da irəli gedirlər...

 

"Neftçi” klubu yarandığı gündən indiyə qədər dövlət təminatı ilə fəaliyyət göstərir ki, sözün əsl mənasında neftin qiymətindən asılı olaraq bu klub tənəzzülə və təkamülə meyillidir.

Dünya futboluna ilk dəfə "məcburi dəvətnamələr” anlayışını bəxş edən "Neftçi” belə bir addımı bir neçə il öncə "Xəzər Lənkəran”la Bakıda keçirilən oyunlarda dəfələrlə tətbiq etmişdir.

Bu klubun güclü və çalışqan mətbuat xidməti mövcuddur ki, istənilən mövzuda istənilən mövqeni ittiham etməyə və ya müdafiyə etməyə qadirdir.

"Neftçi” klubu əslində adi bir dövlət müəsissəsidir. Klubun ofisinə daxil olarkən dövlət idarələrindəki mənzərə ilə rastlaşsanız özünüzü itirməyin.

 "Neftçi” klubu yarandığı ildən dörd dəfə loqosunu dəyişsə də əsl simasını və maliyyə mənbəyini dəyişməmişdir. 

Müstəqillik illərində keçirilən çempionatların tarixində "Neftçi” nəinki uğurları ilə hətta siyasi gedişləri və çempionatın dayandırılması ilə də yadda qala bilmişdir.

Son bir neçə ildir ki, bu kluba ölkə futbolunun bayraqdarı fikrinə əsaslanan "Flaqman” adı verilmişdi. Lakin 2010-cu ilin sentyabrın 25-də Lənkəranda keçirilən oyunda "Neftçi”nin bayrağının yandırılması ilə "Flaqman” ( bayraqdar) sözü öz əhəmiyyətini itirmiş oldu.

Bəziləri "Xalq komandası” deməklə bu klubu xalqın puluna yaşayan klub olaraq tanıtmaq itəyində idilər. Onlar bu illər ərzində istəklərinə nail  oldular. Düzdür bu fikir digər klubların azarkeşlərinin xoşuna gəlmirdi...

 "Neftçi” klubu öz həqiqi adıyla da dünyada tək deyil. Beləki, Özbəkistan çempionatında mübarizə aparan və Fərqanə şəhərini təmsil edən "Neftçi” Ferqana klubu da mövcuddur. 

1962-ci ildə bünövrəsi qoyulmuş "Neftçi” Ferqana futbol klubu "Futbolist əkəbölələr” yarışmasının qaliblərindən yaradılmışdır. Komandanın ilk məşqçisi Uybala Yerbalayev olub.

 Aşağıda "Neftçi” Bakı futbol klubunun və "Neftçi” Ferqana futbol klubunun loqoları  göndərirəm. Hörmətlə:Fərasət Sanbal .22/11/10

Bölmə: Azarkeş Xəbərləri |Baxış sayı: 684 | Yazar: 12cioyuncu |
Всего комментариев: 0



Copyright MyCorp © 2024
Используются технологии uCoz