"Futbol+”
qəzetinin 15-fevral tarixli sayında gedən "Kim kimi təhqir edib”
adlı yazını şəxsən oxudum. Deyilənlər
yalan deyilmiş. Bu yazıda saytımız Talış -Türk ayrıseçkiliyində suçlanılır.
Halbuki mən yəqinliklə deyə bilərəm ki, rəhbərlik etdiyim saytda belə yazılar heç
vaxt olmayıb. Əksinə biz "Neftçi” fanatlarının Lənkəranlı azarkeşləri daşqalaq
edərkən etnik ayrıseçkilik zəminində səsləndirdikləri şüarları pisləmişdik. Etiraf
etməliyəm ki, saytımızda bəzi şərhlərdə bu mövzuya toxunulur. Amma biz
bacardığımız qədər bu mövzuya ciddi yanaşırıq və bəzi şərhləri redaktə edirik,
bəzilərini isə tamamilə silirik. Son zamanlar isə şərhlər bölümü çox vaxt bağlı
olur. Onu qeyd edim ki, şərhlər oxucular tərəfindən verilir və bu şərhlərdəki
fikirlər saytımızın mövqeyi sayılmır. Yəni hər hansı yazı və ya fikir saytımızın
ana səhifəsində təqdim olunmayıbsa deməli
saytımızın mövqeyi deyil.
Amma "Futbol+” qəzeti, "Neftçi” fanatının "Evimizə
gəlin gəlir” adlı yazısını qəzet səhifəsində təqdim edirsə, deməli öz
mövqeyin ortaya qoymuş olur. Hansı ki, "Neftçi” fanatının yazısını məktublar bölümündə və ya
bizə yazırlar rubrikasında təqdim etsəydi tam ayrı formada qarşılanardı. Tərəfimizdən
hiddətlə qarşılanan yazıya müxtəlif cavablar veriləndən sonra isə qəzet
həmin yazını hər vəclə müdafiə edirsə buna nə ad vermək olar ?
Digər tərəfədən biz öz saytımızda "Neftçi”
haqqında yazı veririksə niyə "Neftçi”nin əvəzinə "Futbol+” qəzeti buna cavab
verir. Məgər adı çəkilən qəzet "Neftçi” klubunun mətbuatdakı vəkilidir ? Qoy
bunu "Neftçi” klubu və ya fanatları etsin...
Yenə
qayıdıram Talış, Türk ayrıseçkiliyinə. Ötən il gərək ki, sentyabr ayında "Futbol+” qəzetinin
baş redaktoru Mahir Rüstəmli bölgəmiz haqqında bəzi fikirlər bildirmişdi.
Özünün də bu bölgədən olduğunu və çoxdan buarlardan uzaqlaşdığını qeyd edən
Mahir bəy nə vaxtsa cənub bölgəsində "Leninin qəbrinə” yazanların yəni
demoqoqların olduğunu bildirmişdi.
Maraqlı
burasıdır ki, indi bizim bölgədə belələri yoxdur. Bəlkə də o vaxtlar bu bölgədən uzaqlaşanlar bu pis vərdişləri də özləri ilə aparıblar. İndi isə "Futbol+” tərəindən
bizim saytımız da eynən "Leninin qəbrinə”
yazanlıarın "şər atma” üsulları ilə etnik ayrıseçkilikdə suçlanır və şər atılaraq
iftiraya məruz qalır...
|