www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » Oktyabr » 22 » Nikolay Alekseyeviç Nekrasov : “Hava yaşamağımız üçün nə qədər əhəmiyyətlidirsə, məntiq də hava üçün o qədər vacibdir”
02:09
Nikolay Alekseyeviç Nekrasov : “Hava yaşamağımız üçün nə qədər əhəmiyyətlidirsə, məntiq də hava üçün o qədər vacibdir”

Məntiq davası...

Yadınızdadırsa ötən ilki çempionatın Lənkəranda keçirilən "Xəzər Lənkəran” – "Neftçi”  oyunundan sonra televiziya kanallarının birində, həmin oyunu idarə edən  hakimlərin verdikləri qərarlar müzakirə olunurdu.Teleproqramın qonaqları arasında "Neftçi”nin rəsmisi Elnur Əşrəfoğlu və "Xəzər Lənkəran” tərəfin nümayəndəsi Tuyğun Nadirov var idi. Zərərçəkən klubun vitse prezidenti bütün veriliş boyu Elnur Əşrəfoğluna anlada bilmirdi ki, bizim davamız "Neftçi” ilə deyil, hakimin verdiyi qərarlara etiraz edirik və s.

Elnur bəy isə futbol qurumlarpının müdafiəsində elə qalmışdı ki, hərdən bir sanki özünü bu qurumların nümayəndəsi kimi də hiss edirdi. Verilişin videyoyazısına bir neçə dəfə baxandan sonra başa düşmək olurdu ki, Əşrəfoğlu məntiqin arxa tərəfinə keçib oradan əl qol atırdı...

 Hansı komitənin üzvü və ya hansı klubun rəsmisi olmadğından asılı olmayaraq məntq hamı üçün birdir. Nədənsə ölkəmizdə məntiqi unutdurmaq üçün onun özəlliyini "əntiqə” danışıqlarla əvəzləmək istəyənlərin sayı gündən-günə artır ki, Əşrəfoğlu da bu artırma siyasətində özünəməxsus yerə malikdir. Amma Elnur bəyin nəinki tək olmadığını, hətta minlərdən biri olduğunu 17-oktyabr "Gəncə” – "Xəzər Lənkəran” oyunundan sonra görmək də oldu. Biz Lənkəranlı azarkeşlər, Gəncə stadionunda bizə məxsus azarkeş rekordunun qırılmasını ilk alqışlayanlar olduq. Elə oyun bitəndən dərhal sonra saytımızda  "Bizim rekordumuz qırılsa da  "Xəzər Lənkəran"a  olan sevgimiz qırılmaz...” başlıqlı yazıda rekord məsələsinə münasibət bildirdik.Həmin yazıda Gəncəli azarkeşlərin bizimlə bəhsə girərək stadionda anşlaq yaratmasını normal sayıb sevindiyimizi bildirdik. Amma sonra əldə etdiyimiz video görüntülərdən məlum oldu  ki, stadionda heç də PFL-in rəsmi protokolundakı tamaşaçı sayı həqiqəti əks etdirmir. Təbii ki,biz futbol qurumlarının yanlışlığına etiraz etdik. Cavabını adı çəkilən qurumlardan almamış XEMSEFAN.COM internet saytından etiraz gəldi. Ardıyca bir neçə Gəncəli azarkeş bizimlə xırdalıqları bölüşməyə başladı.Halbuki, hansısa tarixdə hansısa hakimin hərəkətinin və ya digər hadisənin 17-oktyabr azarkeş məsələsinə aidiyyatı da yox idi. Amma nədənsə bir neçə il bundan əvvəl məsələyə heç bir dəxli olmayan söhbətlər ortaya qoyuldu. Misal üçün "Xəzər Lənkəran”ın o vaxtlar güya hakim səhvi hesabına "Gəncə”yə qalib gələrək "Qızıl oyun”a getmək hüququna nail olması və s. Axı bir deyən lazımdır lap  tutaq ki, o vaxt  deyilən kimi olubsa (?) belə indi biz futbol qurumalrının saxtakarlığına göz yummalıyıq ?

Axı bizim davamız Gəncəli azarkeşlərlə və ya "Gəncə” klubuyla  deyil. Elə 17-oktyabrda keçirilən oyunla bağlı da saytımızda  "Gəncə stadionunda 17500-deyil, 12780-azarkeş oyunu izləyib ! PFL-in protokolunda tamaşaçı sayı 4720-nəfər artıq göstərilib !” başlıqlı yazıda belə münasibət bildirmişik:

 "Oktyabrın 17-də Gəncədə futbol bayramı idi. Şəhərin adını daşıyan komanda, müasir futbolumuzun brendi olan "Xəzər Lənkəran”la qarşılaşdı. Oyun boyu  əzmkarlıqla mübarizə aparan yerli komanda qalib gəldi.Bu münasibətlə "Gəncə” klubunu təbrik etmək olar.Çünki onlar həmin günü layiqli qələbə qazanmışdılar,daha bəzi klublar kimi hakim yardımından yararlanmamışdılar.”

Biz kimləri isə qıcıqlandırmırıq və kimlərisə aşılamaqdan uzağıq. Biz həqiqətin üzə çıxmasını istəyirik.Həqiqətin üzə çıxması üçün məntiq əsas şərtdir.Davamız da elə məntiq davasıdır...

 


Bölmə: 12cioyuncu Azarkeş Qrup xəbərləri |Baxış sayı: 843 | Yazar: ISLAM |
Всего комментариев: 0
der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz