Ana Səhifə» 2010»Mart»3 » Nizami Hacıyev millidə qol vurdu.
20:55
Nizami Hacıyev millidə qol vurdu.
"Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Nizami Hacıyevin vurduğu qol Azərbaycanın gənclər millisinə uzun fasilədən sonra xal qazanmağa kömək olub.
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Şotlandiyanın Falkirk şəhərindəki eyniadlı stadionda Azərbaycan yığması Şotlandiya komandasına xoşagəlməz sürpriz yaşadıb. Bakıda komandamızı darmadağın edən britaniyalılar öz meydanlarında da üç xal qazanmaq ümidində olublar. Lakin futbolçularımız hələ debütdə şotlandlara ilk şilləni vura biliblər. 13-cü dəqiqədə Nizami hesabı açıb. Matçın sonrakı dəqiqələrində komandamız iki dəfə hesabda irəli çıxsa da meydan sahibləri bərabərliyə nail ola biliblər.Beləliklə, “Xəzər Lənkəran”lı Rahid Əmirquliyevlə Nizami Hacıyevin 90 dəqiqə forma geyindiyi görüşdə gənclərdən ibarət milli komandamız seçmə mərhələnin 6-cı oyununda ilk xala sahib çıxıblar.