“Xəzər Lənkəran” , Zaqatala səfərindən 3-xalla dönərək ilk altılıqdakı yerini artıq təmin etdi.Bundan sonrakı oyunlardan “Qarabağ”la görüşdə komandamızın qazana biləcəyi xalın xeyri olacaq,çünki bu xallar 6-komanda arasında keçiriləcək matçlarda da öz qüvvəsini saxlyacaq. “Qarabağ”la görüşdən sonra komandamızın qarşılaşcağı “Neftçi”nin isə ilk altılığa düşüb düşməyəcəyi hələ sual altındadır daha doğrusu paytaxt klubu bunun üçün hələ mübarizə aparır.Sonuncu turda “Fırtınalar meydanı”nda baş tutacaq “Karvan”la oyunun heç bir əhəmiyyəti olmayacaq.Çünki bu oyun bitincə ilk altılığa düşə bilməyən klublardan komandamızın qazandığı xallar dərhal silinəcək.
Premyer liqanın XIX turundan sonra qızıl xallar hesabına ilk altılıqda məskən salan komandaların xal fərqlərinə görə yerləri belədir.