Ana Səhifə» 2010»Fevral»13 » Ögey və doğma münasibət.
23:39
Ögey və doğma münasibət.
“Xəzər Lənkəran”ın “Qarabağ”la oyununa baxandan sonra bir daha əmin olduq ki,Azərbaycanda futol inkişaf edir.Əsasən də “Qarabağ”ın indiki və keçmiş futbolçularının timsalında-Vaqif Cavadovun Hollandiya klubuna keçidi buna bariz nümunədir.Düzdür keçidin nə qədər para ilə gerçəkləşdirilməsini nəzərə almasaq inkişafın olduğunu daha qabarıq görmək olar.Vətənimiz saydığımız, Azərbaycanda “Xəzər Lənkəran” azarkeşləri və bu klubda çalışanlardan başqa demək olar ki,hamının “Qarabağ”a simpatiyası var.Digər kluba yaxın olanların da “Qarabağ”a ürəkdən bağlılığının az olmasını qeyd etmək lazımdır.Amma əksəriyyətin “Qarabağ” klubunun timsalında təsəlli tapırlarmış kimi göründüyü də faktdır.-“”Qarabağ”da bütün heyyət Azərbaycanlılardır” deyərək simpatiyalarını nümayiş etdirən ağıllılar nə qədər istəsən var.Ölkəmizdə “Qarabağ” torpaqlarını işğaldan azad edə bilmədikcə cılız hərəkətlərə yol verərək həmin torpaqların adını daşıyan futbol klubuna simpatiya bəslənməsi çox –çox yuxarılardan lap aşağya qədər yol gəlir. KİV,dövlət məmurları,bir çox deputat və futbol qurumalarının başında duranlar da bu yolun yolçularıdırlar.Torpaqların bir futbol klubu vasitəsi ilə qaytarmaq fikri,və ya buna bənzər fikirlər(Məsələn bizim bir futbol klubumuz”Russenburq”a qalib gəlir,amma həmin aralarda işğal olunmuş torpaqlarda qonşularımız stadion inşa edir.) yalnız qapalı düşüncəyə malik insanlar üçündür.Çünki belə münasibətin fonunda süni fərqləndirmə hesabına və ya eyni məntiqlə Şuşa şəhərinin adını daşıyan bir mağaza vergidən azad olmalıdır. Burada lap şair Tərlanın bir beyti yada düşür.-
“Uyku”dadır gör neçə vaxtdır,yağı.
Yağ bal ilə bəsləyirik “Qarabağ”ı
“Qarabağ”ımız qaytaracaq Qarabağı.
Ölkəmizin futbolu var,futbolu.
Futbol birinciliyində ayrıseçlik toxumu səpərək bir futbol klubunda bu qədər xoş münasibət anormalldır.Avroliqada bu klubun matçalarının guya siyasi baxımdan ölkəmizə xeyir verəcəyini düşünənlər az idimi ?
Digər klubları məcburən Quzanlıya aparan PFL də utanmayaraq rəqiblərin təzyiqlərə məruz qalmasına göz yumur.Elə “Xəzər Lənkəran”la matçdan əvvəl Quzanlıda “Karvan”ı qəbul edən “Qarabağ”ın rəqibə necə qalib gəldiyini Azərbaycana kənardan baxa bilənlər anlayar. Ot örtüyünə həsrət qalan Quzanlı stadionunun meydanında məgər “Qarabağ”la oynamaq olurmu? Ya oyun bitincə meydana axışaraq hakimə təzyiq göstərən tamaşaçıların hərəkətlərini,hadisədən dərhal sonra mətbuatda olduğu kimi deyil tam başqa cürə deyənlər İndoneziyalı və ya Çililər olmayıblar ki.Azərbaycanın inkişafı özümüzü aldatmaqda deyil.”Qarabağ” klubu sağ olsun özü üçün,amma futbolumuzda ögey və doğma münasibət davam etdikcə inkişafdan söhbət gedə bilməz.