Lənkəranda bu gün səhər saatlarından hamı bu oyun haqda danışır.Komandanın son mövsüm uğursuz çıxışına görə baş məşqçidən üz döndərənlər və fəxri prezidentin acı danışığına görə küsən azarkeşlər belə komandanın uğurlu çıxış edib etməyəcəyini müzakirə edirlər. Bir çoxları komandanın uğur qazanacağına inanmasalar da qələbə arzusundadırlar.Ən radikal azarkeşlər isə hələ də bu klubun ümumiyyətlə ölkə futbolundan silinməsini gündəmə gətirməkdədirlər.Lakin say azlığı onları bu radikal fikirlərini geniş yaymağa mane olur.Əsas azarkeş kütləsi isə komandaya pul xərclənməsi arzusu ilə bu oyundakı qələbənin böyük əhəmiyyəti olacağına ümidlidirlər.Beləki,bir çoxları məhz bu oyunda qazanılacaq qələbə sonrası Mənsimovların komandaya səviyyəli futbolçuların qatılmasına həvəslənəciyini və bu məqsədlə pul xərcləyəcəklərini dilə gətirirlər.Nə olursa olsun bu gün "Xəzər Lənkəran" Azərbaycanı təmsil edir.Bu mənada komandanın uğurlu nəticə qazanması klubun özü ilə yanaşı ölkə futbolunun reytinqinə də müsbət təsir edəcəkdir.