Ana Səhifə» 2009»Noyabr»8 » “Öncə vətəni, sonra səni sevdik Xəzər Lənkəran !!!”
02:24
“Öncə vətəni, sonra səni sevdik Xəzər Lənkəran !!!”
“Öncə vətəni, sonra səni sevdik Xəzər Lənkəran !!!”
Bu gün “Xəzər lənkəran” “Neftçi” ilə böyük oyuna çıxır.Əvvəllər bu böyük oyunda meydandakı futbolçulardan əlavə oyunçular da var idi.Aztv-dən tutmuş bir neçə qəzetə qədər,hakimlər komitəsindən tutmuş futbola yad adamlar da “böyük oyunun iştirakçıları” olurdular.Azarkeşlər isə haqlı olaraq bu oyunlarda öz rollarını vicdanla ifa edir komandaları qələbəyə səsləyir,məğlubiyyətə acıyırdılar.Deməli futbolçular və azarkeşlərdən başqa yerdə qalanların çoxu çirkin işlərlə məşğul olurdular.Beləcə həqiqi fikirlərlə yanaşı şaiyələr də dolaşırdı.Bu gün görəsən necə olacaq.Yenəmi futbolumuza kənar təsirlər olacaq yoxsa təmiz oyun görəcəyik ? Cavabı gözləmədən həmin qüvvələrə demək istəyirik:-İmkan verin futbolçular öz oyunlarını oynasınlar,imkan verin azarkeşlər gözəl futboldan zövq alsınlar.Öyrədilmiş hakimlərin əli ilə futbolu murdarlamayın,mətbuatın əli ilə birtərəfli mövqe tutmayın.Burası “Fırtınalar meydanı”,burada ayrıseçkilik salıb “Neftçi”yə xalq komandası deyərək yüzminlərlə insanı,yerli azarkeşləri təhqir etməyin,burada güclü qalib gəlməlidir.Burada azarkeşi möhtəşəm olan qalib gəlməyə borcludur.Stadiona gələn bu azarkeşlər ölkə futbolunda fit çalan bir çox hakimlərdən də futbol qaydalarını yaxşı bilirlər,bu azarkeşlər futbolla yaşayır və “Xəzər Lənkəran”la nəfəs alırlar.İmkan verin ciyər dolusu nəfəs alsınlar. Burası “Fırtınalar meydanı”,buranın hər sektorunun,hər sırasının,hər yeininin öz sakini var.Burası “Fırtınalar meydanı”, bura bizim evimiz.”Haydı irəli Lənkəranın Xəzəri” deyə hayqıranlar bizik,hər qolda səsimiz batanacan qışqıranlar da biz. Bizlər burada qələbə sevincini də məğlubiyyət acısını bölüşərkən vətənimizi ,yurdumuzu, “Xəzər Lənkəran”ımızı sevdiyimizi unutmayaraq, “Öncə vətəni, sonra səni sevdik Xəzər Lənkəran !!!” demişik.Eləysə anlayın bizləri və futbolumuza ləkə salmayın.Bunca yetərmi ? 12-ci oyunçu.